Fransa üçün fars “sağol”u
İranın keçmiş xarici işlər naziri, hazırda isə ali dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri işləyən Əli Əkbər Vilayəti 4-5 gün qabaq İrandakı qəzetdə erməni baş naziri Paşinyanı Qərbə işləməkdə suçlamışdı, eyni zamanda “Zəngəzur dəhlizi”ni açmaq istəyənləri kəskin hədələmişdi. Sitat: “Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq”.
Açığı, bu hədə bir az da tragikomik görünürdü, çünki Trampın bombardmanından sonra elə Vilayətinin müşaviri olduğu ali dini rəhbərin – Müctəba müəllimin ayağının qırıldığını deyirdilər. Bu “xəttdən qırağa çıxmaq” barədə 18 plyus anekdotlar da var, bilənlər bilməyənlərə nəql eləsin, mümkünsə.
Hər bir halda, istənilən insan gərək başqalarını hədələməsin, insan kimi danışsın. Vilayəti isə həmin cızmaqarasında bütün insani........
