Doğruçu qorxu filmləri
Kinoçəkənlərimiz bu yaxında iclas keçirib yeni-köhnə sədr qoydular. Ona görə “yeni-köhnə” yazdım ki, bu sədr qabaqlar da bir dəfə sədr olmuşdu və hökumətin ətəyinə yaxınlığı ilə tanınırmış.
Elə kinoçəkənlər də bu amilə ümid edirlər, deyirlər, sədrin hökumətlə mehribançılığı sayəsində kameramız bala batacaq, kinoteatrlardan yağ süzüləcək, aktrisalar süd vannasında, aktyorlar şampan hovuzunda üzəcəkdir, tamaşaçılar ancaq Azərbaycan kinosu izləməyə başlayacaqdır.
Necə deyərlər, istəməyənin gözü çıxsın. İnşallah, yaxın gələcəkdə “Azərbaycanfilm”in bütün sahəsini şərurlu İsfəndiyara satsınlar. Niyə belə düşünürəm, izah edim. Bir az uzaqdan gələcəm.
Türkiyədə hazırda qəribə cinayət işləri açılır, əsasən 10-15, bəzən 20-30 il qabaqkı ölümlərin şübhəli olmasından danışılır. Az qala hər gün qəbirləri açıb kimisə narahat edirlər, guya eksqumasiya prosesi aparılır, guya ədalət, nəhayət, yerini tapacaqdır. Şəxsən mən buna........
