menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Başlı başını saxlasın” – qlobal siyasətin deviz

22 0
19.09.2026

Dünyanın üzü demokratiyadan dönüb. Qlobal tendensiya ayrı-ayrı ölkələrdə millətçi partiyaların, avtoritarizmə meylli qüvvələrin ard-arda seçicilərdən həlledici miqdarda səs aldıqları yöndədir.

Ötən il Polşada sağçı mühafizəkar Karol Navrotski prezident seçildi və ölkəsinin siyasi kursunda, xüsusilə də immiqrasiya siyasətində dəyişiklik etdi. İndi bu ölkədə yavaş-yavaş “Polşa polyaklar üçündür” siyasəti sürət yığır.

Bu ilin aprelində Macarıstanda keçirilən parlament seçkilərində Peter Macarın rəhbərlik etdiyi sağ mərkəzçi “Tisa” partiyası qələbə qazandı və partiyanın lideri P.Macar baş nazir seçilərək, onsuz da Macarıstanı Avropa demokratiyasından sapdırmış sələfi Viktor Orbanın kursunu davam etdirir.

İki həftə öncə Almaniyanın Saksoniya-Anhalt torpağında keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” partiyası (AfD) 43,8% səslə qalib gəldi. Beş il əvvəl AfD-nin bu ştatdakı nəticəsinin bundan iki dəfə az (20,8%) olduğunu nəzərə alanda bu millətçi partiyanın öz tərəfdarlarını vertikal xətt üzrə artırdığı göz önündədir. AfD-nin bir az da güclənəcəyi təqdirdə Hitlerin partiyasına (Milli Sosialist Alman Fəhlə Partiyası) dönəcəyi gözlənilir. İdeologiyaları təxminən eynidir. Artıq AfD rəhbərliyi bu........

© Müsavat