Rusiya bizdən nə istəyir? - Çox şey deyil, bir c
Dünən Rusiya prezidenti Putin Ermənistanın və ölkəmizin rəhbərlərinə zəng edib, telefonla danışıb və sosial şəbəkələrdə belə bir sualı aktuallaşdırıb: “Axı bu adam bizdən nə istəyir? Niyə əl çəkmir?”
Gerçəkdən də elə bir gün olmaz ki, Rusiya dövlətinin müxtəlif ranqlı adamları ölkəmizin adını çəkməsin, nəsə bir söz deməsin. Sanasan, başqa işləri, gücləri yoxdur, Rusiyanın öz dərd-səri başından aşır, amma rus siyasilər eyzən ətraf ölkələrin içi ilə maraqlanır, onlara yön vermək istəyirlər.
Hiss olunur ki, rus başbilənlər ətraf ölkələrdə xeyli adamı bezdiriblər və ona görə də onlar deyirlər ki, bu rus bizdən nə istəyir.
Mən araşdırmışam, öyrənmişəm, ruslar bizdən çox şey istəmirlər. İndi bir-bir sadalayım, özünüz də görün ki, siyahıda çox şey yoxdur.
1. Rusiya bizdən itaət istəyir – tam itaət. Bunsuz olmur;
2. Moskva istəyir ki, bütün postsovet ölkələrində hərbi bazaları olsun və onları “xarici düşmən”dən qorusun. Necə də ülvi bir niyyət;
3. Kreml istəyir ki, ondan asılı olan ölkələr ona öz qazandıqlarından illik xərac ödəsinlər – kimin gücü nəyə çatırsa. Şaka kimi İvana da pul lazımdır;
4. Rusiya istəyir ki, qonşu ölkələrin öz digər qonşuları ilə necə davranmalı olmalarını müəyyən eləsin. Başqa variant yoxdur. Özbaşına buraxanda qanqallığa inteqrasiya edirlər;
5. Hansı qonşu ölkədə hakimiyyətdə kim olmalıdır, kimlər deputat seçilməlidir, kim yüksək vəzifəyə təyin olmalıdır – bunu Moskva həll etmək istəyir. Başqa cür alınmır,........
