menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dəniz sahilində gözüqıpıqlıq epizodları

32 0
17.08.2026

Napoleon haqqında əfsanə çoxdur, amma bir məşhur olmuş əhvalat da var. Bunu tarixçi akademik Yevgeni Tarle “Napoleon” əsərində yazıb.

Demək, 1813-cü ildə Leypsiqdə məğlub olan imperator Napoleon müttəfiqlər tərəfindən taxtdan endirilir və Aralıq dənizindəki Elba adasına sürgün edilir. Bir müddət adada qalan Bonapart bu halına tablaşmır və bir gün kiçik qüvvə ilə Elbadan çıxır, 1815-ci ilin mart ayında Fransa torpağına qədəm qoyur. Onun qarşısını kəsməli olan hərbi qüvvələr keçmiş imperatora tabe olurlar, onun dəstəsinə qoşulurlar. Cəmi 20 günün içində o, sadiq ordusunun köməyi ilə bir güllə atmadan Fransanı fəth edir.

O dövrün Paris qəzetləri Napoleonun Parisə doğru yürüşündən xəbərlərə bu cür başlıqlar qoyurlar: "Korsikalı canavar Juan körfəzinə endi"; "Adamyeyən Qrassa doğru gedir"; "Qəsbkar Qrenobla girdi"; "Bonapart Lionu işğal etdi"; "Napoleon Fontenbloya yaxınlaşır"; "Əzəmətli Imperatorun bu gün sadiq Parisə təşrif buyuracağı gözlənilir".

Yumşalma tempini görürsünüzmü? 20 gün əvvəl adama “korsikalı canavar” deyirdilər, 20 gündən sonra “əzəmətli imperator” yazırlar. Çünki başqa variant yoxdur. Napoleon Parisə girəndən sonra hansısa axmaq onun........

© Müsavat