“Kahpe Bizans”ın torunlarının hücumu – gündəm 3
Səhər açılır, qardaş ölkədə minlərlə trol noutbukunu, telefonunu sazlayıb, rahlayıb qarşısında oturur, içərisində “Azerbeycan”, “Aliyev”, “başörtüsü”, “yasaklama”, “zülüm”, “sionist”, “ihanət”, “nankörlük” kimi sözlər olan cümlələr qura-qura danışır, video çəkir, ya da yazı yazır, paylaşırlar.
On minlərlə sosial şəbəkə istifadəçisi onların dediklərini təkrarlayır, hələ bir az da qaz verir, ağır sözlər, söyüşlər yazırlar. Söhbət gəlib “kahpelik” və “kalleşlik” kimi ağır ifadələrə, “keşkə müharibədə ermənilər qalib gəlsəydi” kimi arzulara çıxıb.
15 gündən çoxdur ki, qardaş ölkədə başqa dərd-sər yoxdur. Başörtülü nazir tərəfindən əhalidən çırpışdırılan milyardların haqq-hesabını soran 3-5 adamdır, minlərlə adamın əsas dərdi başörtüsüdür.
Həmkarlar bir yüngülvarı araşdırma aparıblar, ac çaqqal sürüsü kimi üstümüzə vaqqıldaşanların içində gerçək türk vətənpərvərləri, milliyyətçilər, cümhuriyyətçilər, atatürkçülər, sekulyaristlər yoxdur, bizi söyən əsasən dinçilər, etnik mənşəyu naməlum olanlar, türklüyə nifrət edənlərdir. Onlar, özləri demişkən, “kahpe Bizans”ın, ölkəsindən ingilis gəmisində qaçan sultan Vahdettinin, nurçuluq cərəyanı yaradaraq islamı bir az da bölən Səid Nursinin,........
