menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İranla bağlı konfransı harada və necə keçirmək o

38 0
26.03.2026

O saytdan bu sayta, bu internet TV-dən digərinə - desək, az qala, hamımız bütün günü bununla məşğuluq, güman, şişirtmə olmaz. Səbəbi də, əlbəttə, qonşu İranda cərəyan edən proseslərdir. Özümüz də çox yazırıq bu mövzuda, eləcə də digərlərinin yazdıqlarını və dediklərini diqqətdə saxlamağa çalışırıq. Əlbəttə, siyasi təhlilçilər daha çox prosesin gedişilə bağlı düşüncələrini və proqnozlarını, eləcə də prosesin gələcəkdə region, xüsusən də Azərbaycan üçün hansı nəticələr verə biləcəyini təxmin etmək istəyirlər. Amma praktiki təkliflər verənlər də, daha doğrusu, “Baxın, biz də bunu edə bilərik!” söyləyənlər də var. Əlbəttə, bunları da diqqətdən kənarda qoymaq olmaz, çünki siyasi analitiklər-təhlilçilər bütün hallarda nəzəri fikir adamlarıdırlar, hətta onların da düşüncələri, təklifləri son nəticədə yenə praktiki siyasət adamlarına ünvanlanır, tuşlanır. Hiss olunur ki, sonuncular da bütün bu cəhdləri imkan daxilində cavabsız qoymamağa çalışır və hətta arabir özləri də konkret təşəbbüslərlə çıxış etməyə cəhd edirlər. Bu səpkidə son vaxtlar ən çox diqqət çəkən təklif və ya təşəbbüs İran mövzusunda Bakıda siyasilərin, siyasi analitiklərin - politoloqların, tarixçilərin və eləcə də iranlı siyasi fəalların iştirakıyla konfrans keçirməkdir.Əlbəttə, təşəbbüsdür və bütün hallarda təqdir olumalıdır, həm də ona görə ki, bəlkə heç olmasa, ümumilli problemlər ətrafındakı müzakirələr, diskussiyalar nəinki ümumi siyasi mühitimizdəki, ən azı da iki müxtəlif siyasi düşərgə - hakimiyyət və hakimiyyətyönümlü partiyalarla müxalif siyasi partiyalar, müxalif insanlar arasındakı “buz”ları bir az azaldardı. Neçə dəfə hər iki tərəfə xitabən yazmışıq ki, bəylər, indi nə müxalif partiyalar, qruplar və insanlar keçmiş AXC-dir, keçmiş........

© Müsavat