menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İrana Pinoçet lazım deyilmi?

12 0
latest

Seyyid Əli Xamenei öldrüləndə “nə mollayıq, nə də mürdəşir ki, daha bir ölü var, bozbaş və yaxud da qazanc olacaq” deyək yazmışdım.

Siyasi yazarıq, amma müharibə gedir və istər-istəməz, hər iki tərəfin itkilərinə diqqət kəsilməliyik ki, prosesin gedişilə bağlı qənaət əldə edək.

Laricaninin də ölümü belə oldu. Adam İranda demək olar, ikinci şəxs idi.

Etiraf edim ki, “bizim doktor”la–prezident Pezeşkianla bağlı ölkənin siyasi idarəçilik konfiqurasiyasına bir daha nəzər saldıq. Bəli, həlledici “rıçaq” dini rəhbərdədir, amma prezidentin də səlahiyyəti az deyil, lazım gələndə “sakit–saray çevrilişi” üçün bəs edər.

Özüm də başa düsürəm ki, doktor Pezeşkiana ümidlərlə özümü də, oxucunu da yormuşam, ondan isə hərəkət görünmür, halbuki ölkəni təmsil etmək, beynəlxalq razılaşmalara imza atmaq, xarici siyasətə bilavasitə rəhbərlik etmək onun səlahiyyətidir. Bəli, Laricani onunçün müəyyən problem idi, çünki sonuncunu hamı ölkənin qeyri-formal lideri sayırdı.

Bu adamla bağlı deyək ki, elə sifətindən özü də “transendental” adama oxşayırdı – bunu onunçün deyirəm ki, Laricaninin guya Kantın fəlsəfəsindən müdafiə etdiyi bildirilirdi. Bir daha deyirəm ki, adam elə üz-gözündən də daha çox metafizik-statik görünürdü, nəinki dialektik...

İndi qalır yenə Müctəba və bir də Pezeşkian. Müctəba haqqında lap ən birinci gündən yazmışıq ki, istisna deyil adam ölkənin sonuncu dini lideri-rəhbəri olsun. Belədəsə, proseslərin açılımı hələ alınmır: hətta müharibə müstəvisində həlledici dərəcədə önə çıxan tərəf yoxdur, hətta Tramp daha geniş hərbi koalisiya yaratmağa çalışır, halbuki yardım və dəstək umulası ilk tərəf qardaş Türkiyədir, hansının ki, liderlərinin də, çox təəssüf, bəzisinin iranlı mollalardan fərqi qalstuklu olmaqlarındadır. Məsələnin siyasi tərəfinə gəldikdə, yenə deyirəm, Tramp İranın “ağrıyan dişini” kəlbətinlə çıxarmağa cəhd etməklə işləri korladı, halbuki ölkə həqiqətən böyük inqilab ərəfəsində idi. Tramp neylədi? Əvvəlcə İrançün “yaxşı padşah”, sonra “yaxşı molla” axtarmağa başladı. Adam anlaya bilmir ki, azad düşüncəli iranlı insan bunların hər ikisindən bezib.

Etirazlara gələndə, indi hamı raketlərdən gizlənməyə yer axtarır. Belə vəziyyətdə hansı etiraz olar? Məlum deyil “baş Seyidi” istədikləri kimi dəfn edə bildilər, ya yox, çünki mollalar bunu möhtəşəm formada etmək istəyirdilər. Həm də indi ölkədə hərbi vəziyyətdir, SEPAH vəziyyətdən istifadə edib etirazçılara qarşı hətta silah da tətbiq edə bilər...

Belə hallarda başqa ölkələrdə nə olur? Adətən, hərbi çevrilişlər olur, ölkənin və millətin məhv olduğunu görən vətənpərvər hərbçilər önə çıxır və situasiyanı nəzarətə götürürlər. Doğrusu, nədənsə, İranın tarixində belə halları xatlırlamıram, halbuki hələ ötən əsrdə islam inqilabı zamanı mollalar yox, hərbçilər önə çıxa bilərdilər, İranın da öz Pinoçeti olardı! Amma deyəsən, bunların hərbçiləri də Qumda təhsil alıb. Qardaş Türkiyədə neçə dəfə belə hallar olub, hərçənd, hərbi çevriliş də heç də ən yaxşı ssenari deyil, amma mülkilər problemləri həll edə bilməyəndə hərbçilər önə çıxmalı olurlar. Həm də böyük Atatürk özü kim idi? Hərbçi deyildimi? Sonrakı dövlərdə, məsələn, İsmət Ünönü və ya hətta Türkeş kim idi? Hərbçi deyildilərmi? Bir daha deyirəm ki, bu heç də ən yaxşı ssenari deyil, amma görün nə qədər ölkədə belə olbdur? Əlbəttə, Afrikada “hakimiyyətə gələn” leytenantları nəzərdə tutmuram. Molla-hərbçilərin taktikası da, strategiyası da artıq bəllidir, bunlar növbəti “cihad”a hazırlaşırlar. Ona görə məsələ çox çətinləşə, hətta çox uzana da bilər.İran probleminin içində bir Azərbaycan və azərbaycanlılar problemi də var ki, ən müxtəlif rakurslardan hamımızı düşündürür: digər həlak olanlar da bizim insanlardırlar, üstəlik, müsəlman qardaşlarımızdırlar, amma güman, hamımız eşidəndə ki, məsələn, Təbrizə raket atılıb, istər-itəməz, özümüzü narahat hiss edirik, hərçənd, fikrimcə, bizim cənublu soydaşlarımız, yumşaq desək, düz etmədilər, çünki İran sözün əsl mənasında, inqiılaba “hamilə” idi, “ mollalar” rədd olub gedəcəkdi və qalan problemləri İranın bütün xalqları birlikdə müzakirəylə və dialoqla həll edəcəkdilər– məncə, İran nəinki Liviya, hətta İraq da deyil, burada çiynini siyasətin alıtna verən əsl oğul tapılar, əlbəttə, mollalardan imkan olsa!..

Tarixçi deyiləm, amma siyasi təhlilçilər bəzən hətta peşəkar tarixçilərdən daha çox oxumağa məcbur olur, çünki böyük siyasi analitiklərin sözü var ki, gələcəyi proqnozşlaşdırmağın ən düzgün yolu keçmişi bilməkdir! Odur, “məşrutə hərəkatı”ndan bu yana İran haqda əlimizə nə keçirsə oxumağa çalışırıq! İslam inqilabı vaxtı məktəbdə oxuyurduq. O vaxt, indiki kimi yadımdadır, Mərkəzi televiziyada (Moskva) xüsusi veriliş də açıldı, adı da “Dünya bu gün” idi. İlk aparıcısı da Fərid Seyfülmülükov adlı beynəlxalq jurnalist idi, güman, tatar idi! Onda hamı xarici siyasətdən yazmazdı, danışmazdı, beynəlxalq jurnalistlər olardı, onların bilavasitə praktiklərinin (siyasi təhlilçilərdən, şərhçilərdən əlavə!) çalışması üçün xarici bürolar olardu, bilavasitə yerlərdən xəbərlər verirdilər!

Rusiyada bu gün də var bunlar. Azərbaycanla bağlı daim düşünürəm ki, niyə bizim heç olmasa, dövlət və ictimai televiziyalarımızın heç olmasa, regionlar üzrə, Sovetin vaxtında deyilən kimi, “korr.punktları”– müxbir büroları olmasın? Onları regionlar üzrə bəzi səfirliklərdə yerləşdirmək olardı! Sovet-rus siyasətinin əjdahalarından sayılan Yevgeniy Primakov ərəb ölkələrində yerləşən belə bürolardan birində fəaliyyətə başlamış və ondakı “Pravda” qəzetininin xüsusi müxbiri olmuşdu...

O ki qaldı tarix məsələsinə, təkrar deyirəm ki, bu yaşımda özümü “tarixçi” elan etmək fikrim yoxdur, halbuki tarixçün də ən böyük materialları jurnalistlər verir – inanın, mənim fikrim deyil, bunu bir böyük amerikalı jurnalist yazmışdı! Əvvəl son dövrlərdən qeydim var.

Cənubda ən böyük və son hərəkat Pişəvəri hərəkatı olub. Sözsüz, Pişəvəri sonuncu Cənub fədaimizdir, amma bu hərəkat etiraf etmək lazımdır ki, Sovetin layihəsidi. Əlbəttə, müəyyən incə məqamlar vardı.

Bir xatirə-yazısında bəlkə müəllfin belə önəm vermədiyi detalı tutmuşdum. Yazırdılar ki, Pişəvəri qonşu otağa namaz qılmağa keçdi! Deməli, bolşeviklərdən fərqli olaraq, Pişəvəri namaz qılırdı! Belələrinə xaricdə daha çox “marksist” deyirdilər, nəinki kommunist.

İkincisi, yaxın keçmişdə belə fikir atmışdılar ortaya ki, guya Stalin iki Azərbaycanın birləşib böyük dövlət olmasını istəmədiyindən son nəticədə prosesə mane olub! Bir daha deyirəm ki, tarixçi deyiləm, amma keçilən dəsrləri yaxşı oxumuşam. Tarix də beləydi. Stalin də, digərləri də çox saxtalaşdıra bilərdilər, amma tamam saxta edə bilməzdilər! Həm də “perestroyka” vaxtı çox mətləblər açılmağa başlamışdı. Mən öz fizik-riyaziyyatçı məntiqim-fəhmimlə özümçün bəzi məqamları başa düşməyə çalışırdım. İkinci Dünya müharibəsinin sonuna yaxın artıq dünya SSRİ, ABŞ və Böyük Britaniya arasında bölünmüşdü. Stalinin daha bu bölgüyə düzəliş etmək (özü də belə tezliklə!) etmək imkanı yox idi.

İkincisi, bir fizika təhsilli adam kimi 45-46-cı illərin Dünya üçün nə qədər mühüm dövr olduğunu bilirdim: atom bombası peyda olmuşdu və SSRİ-nin hələ belə silahı yox idi!.. Ona görə də ABŞ, Britaniya və qeyriləri heç vaxt imkan verməzdilər ki, Stalin durub İranı da götürsün. Həm də ABŞ, Britaniya və SSRİ artıq nə dost idilər, nə də müttəfiq, əksinə düşmən olmuşdular! Ona görə “Cənub məsələsi” alınmadı. Onu da unutrmayaq ki, bugünün özündə də nəinki ABŞ və qeyriləri, heç qardaş Türkiyə belə İranın parçalanmasını istəmir - ən azı hələ! Hətta Pişəvəri İran daxilində Azərbaycan üçün muxtariyyat istəsə də, alınmır.

O ki qaldı Pişəvərinin şəxsi faicəsinə, Stalin onu, yazılanlara görə, xəbərdar edibmiş! Görünür, Pişəvəri “Sovet layihə”sindən ya kənara çıxırdı, ya da artıq Sovetlərə nəinki lazım deyildi, hətta bəlkə mane də olurdu! Ona görə də o böyük insanı öldürdülər, aradan götürdülər...

İnanın, bir siyasi təhlilçi kimi vaxtilə ən müxtəlif yazılarda bu məqamlara bəlkə də hamıdan əvvəl, özü də daim aydınlıq gətirməyə çalışmışıq: sadəcə, böyrümüzdəki İran problemini siyasi yazar və təhlilçi kimi bilməkçün – yenə də deyirəm ki, tarixçi deyiləm.

Həm də hansımızın ürəyində “Cənub problemi” yoxdur? Ona baxış müxtəlif olar, hərə bir yol düşünə bilər, amma problem var və bəlkə də Quzey Azərbyacanının bəzi problemlərinin birdəfəlik həlli üçün Güney Azərbaycan probleminin həlli lazımdır.

Amma məsələdə daha bir çox ciddi nüans nədir? 20-ci əsrə qədər səhv etmirəmsə, İranı türklər idarə edib və sonra fars dinastiyası gəlib. Fəqət, “məşrutə hərəkat”ından bu yana heç kimin Azərbaycanı İrandan ayırmaq fikri olmayıb, iranlı türklər, səhv etmirəmsə, ölkəni bütünlüklə özlərinki hesab edib; tarixçilər təsdiq edər ki, azı Səfəvilərdən bu tərəfə götürsək, neçə yüz il İranı türklər edibdir...

Qərəz, bunları bir daha ona görə qeyd edirik ki, bəlkə İrandakı indiki prosesləri dərk etməyin də yolu bundadır: biz əlli il bundan sonra olsa da bütün İrana sahib olmağa, azı İranın həm də türk dövləti olmasına çalışmalıyıq! Digər xalqlar da müsəlman qardaşlarımızdı: demokratik və dünyəvi dövlət qurulsa, inanın, İran hamının o


© Müsavat