menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qızıl “iyi”nə Qarabağa gəlmiş Vardanyanla bağlı

6 0
latest

Azərbaycanın ədalət məhkəməsi tərəfindən 20 illik həbs cəzasına məhkum edilən Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç-Eqqerə məktub ünvanlayıb.

“Azərbaycandakı erməni məhbusların hüquqi statusu”ndan bəhs edən Zonabdendin elə ilk cümləsində onun ərinin nə qədər “məsum” olduğu aydınlaşır, təbii ki, müraciət olunmuş ünvanlar ədalətli yanaşma ortaya qoyarlarsa...

“Hörmətli xanım Prezident! Mən sizə ərim, Ermənistan vətəndaşı, xeyriyyəçi, Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanın adından yazıram”- yazır Veronika. Diqqət edin, ərinin həbsdən azad olunması üçün canfəşanlıq edir, eyni zamanda onu Qarabağdakı keçmiş separatçı, cinayətkar rejimin başında duranlardan biri olduğunu, Allah qoymasa “dövlət naziri” kimi peyda olmasını xatırladır. Dövlət içində dövlət yaratmaq üçün hoppanıb Xankəndiyə düşən və Azərbaycanın sərvətlərini talayıb, dövranını sürəcəyini zənn edən Rubenin soyadı Vardanyan, özü zahirən varlı-karlı olsa da, beynəlxalq hüquqdan bixəbərliyini, bəsit düşüncə sahibi olmasını heç olmasa indi anlasaydı…Amma inandırıcı deyil. Çünki elə bir neçə gün əvvəl Azərbaycan Ombudsmanından elə ailə üzvlərinin vasitəçiliyi ilə şikayətlənmişdi, faktiki olaraq böhtan atmışdı. Veronika da yazıb ki, əri 2023-cü il sentyabrın 27-də “Dağlıq Qarabağ”ı tərk edərək Ermənistana keçməyə cəhd edərkən Azərbaycan hakimiyyəti tərəfindən “qanunsuz olaraq” saxlanılıb. Bu iddiaların özü yetər ki, onun yazdığı məktub zibilqabına atılsın. Amma yox, Qırmızı Xaçın necə “xaçpərəstlik” etdiyi, Qarabağdakı separatçılarla Ermənistan arasında bir sıra qaranlıq əlaqələrdə iştirakı bir çoxlarımız üçün məlumdur. Bəzən bu qurumun avtomobilləri qanunsuz yükdaşımalar üçün çox mühüm rol oynayıb. Hətta qurum işğal illərində qanunsuz olaraq Xankəndidə ofis açmışdı ki, bu da Azərbaycan dövləti tərəfindən ciddi etirazla qarşılamışdı. Təsadüfi deyil ki, sonradan dövlətimizin bu təşkilata inam və etibarı qalmadığı üçün bəzi tədbirlər görməyə vadar oldu. 2025-cü ildə isə qurum Bakıdakı ofisini bağlamaqla bağlı qərarını açıqladı.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti Azərbaycanda daim ciddi şübhələr və suallar yaradıb. İşğal dövründə bölgədə müəmmalı fəaliyyəti ilə məşğul olan bu qurum bir dəfə də olsun azərbaycanlı əsir və girovlarla bağlı hərəkətə keçmədi, 4 minə yaxın vətəndaşımızın qaranlıq taleyinə biganə yanaşdı. Bu gün minlərlə ailənin gözləri yoldadır, qulaqları səsdə. Ailələr yaxınlarının, doğmalarının nəşinin qalıqlarının tapılmasına belə, Qurban deyirlər. Bir müddət öncə 17 nəfər itkin düşmüş vətəndaşımızın qalıqları dəqiqləşdiriləndən sonra torpağa tapşırıldı, ailələrin gözləri yollardan yığışdı. Ermənistanın işğalçı siyasəti nəticəsində qətlə yetirilən uşaq, qadın, qocalar, digər vətəndaşlarımızla bağlı heç olmasa məlumatların açıqlanmaması insanlığa qarşı cinayətdir. Bu cinayətdə həm də Qırmızı Xaç iştirak edib illər boyunca. İndi Vardanyanın arvadı belə bir təşkilatdan yardım istəyir ki, ərinin azadlığına nail olsun. Bilir kimlərə müraciət edir, axı sözügedən qurum pul qarşılığında erməni separatçılarına çox yardım edib. Bu barədə çoxsaylı faktlar mövcuddur. BQXK on illər boyunca Azərbaycanın hökuməti ilə hesablaşmayaraq, suveren ərazilərimizə qanunsuz soxularaq, Qarabağdakı separatçılarla məxfi əməkdaşlıq edən anti-Azərbaycan təşkilatlardan biri olub. Təsəvvür edin, bu təşkilat Azərbaycanın suveren ərazilərində, Xankəndidə qanunsuz olaraq ofis açıb və 20 ildən artıq müddətdə həmin şər yuvasında canilərlə əməkdaşlığın planları cızılıb. Özü də Xankəndidəki ofis qurumun Bakıdakı ofisinə deyil, İrəvan və Cenevrə ofislərinə tabe olub!!! Vardanyanın həyat yoldaşı və çevrəsi düşünür ki, belə bir təşkilat əlbəttə, özünü Azərbaycan daxilində “dövlət” elan etmiş separatçı qurumun “dövlət katibi” elan etmiş bir şəxslə bağlı müraciətə biganə qalmaz, axı, onları birləşdirən ortaq “dəyər”lər var.

Amma kimsə unutmasın ki, Azərbaycan dövlətinə qarşı bu kimi oyunlar, yaxud təzyiq cəhdləri keçməz! “Qızıl Xaç”ın rəhbərliyi daha yaxşı olar ki, 2025-ci ilin 1 aprelində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən qəbul edilən Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçin diqqətinə çatdırılan məsələlərə zaman ayırsın, nəinki Vardanyanla bağlı cəfəngiyatlara. O zaman tərəflər Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışdılar. Aradan xeyli zaman keçib, amma mina partlayışları da davam edir, itkin vətəndaşlarımızdan da soraq yoxdur. “Qırmızı Xaç” Ermənistana mina xəritələri və itkin azərbaycanlılarla bağlı təzyiq göstərməlidir, nəinki separatçıların donoruna çevrilmiş bir şəxsin məsələsinə diqqət ayırmalı. Veronika isə Ağdərədəki qızıl yataqlarını talamaq üçün Azərbaycana qanunsuz gələrkən ərini saxlamalı, fikrindən daşındırmalı idi ki, indi “Qızı Xaç”a a minnətçi düşməsin!

İndi görək 2021-ci ildən Beynəlxalq Qırmızı Xaç Komitəsinə rəhbərlik edən – ilk qadın rəhbərdir - isveçrəli diplomat Mirjana Spolyariç Egger Vardanyanın arvadının məktubuna nə cavab yazacaq. Vaxtilə İsveçrənin Federal Xarici İşlər Departamentində, daha sonra BMT Baş katibinin köməkçisi vəzifəsində çalışan,  BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosuna rəhbərlik edən xanım Eggerin heç olmasa, qurumun əvvəlki səhvlərini düzəltmək və ədalətli mövqe sərgiəlmək üçün şansı var. Antiterror əməliyyatından bir həftə əvvəl Azərbaycan XİN rəhbəri ilə görüşü zamanı ona bir çox həqiqətlər çatdırılmışdı, unutmayıbsa...


© Müsavat