menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Neftdən sonra yeni strateji resurs – Ermənistan

27 0
12.08.2026

Bəzən bir xəbər ilk baxışda sırf texnologiya xəbəri təsiri bağışlayır. Oxuyub keçirsən.

Ancaq bir az dərinə gedəndə görürsən ki, söhbət nə kompüterdən, nə də hansısa yeni data-mərkəzdən gedir.

Söhbət gələcəkdə dövlətlərin iqtisadi və hətta siyasi gücünü müəyyənləşdirəcək yeni strateji resursdan gedir.

Hesablama gücündən.NVIDIA avqustun 8-də Ermənistanla bağlı kifayət qədər diqqətçəkən məlumat yayıb. Şirkət Hrazdanda Firebird AI Factory adlı süni intellekt infrastrukturunun istifadəyə verildiyini açıqlayıb.

Məsələnin maraqlı tərəfi bundan sonra başlayır.

Planlara görə, 2027-ci ilin sonuna qədər Ermənistanda 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-su yerləşdirilməli, süni intellekt infrastrukturu isə 300 meqavat gücə çatdırılmalıdır.

Bu rəqəmi yadda saxlayaq.

Çünki söhbət Ermənistanın özünün istehsal etdiyi texnologiyadan getmir. Ermənistan dünyanın süni intellekt yarışının mərkəzində dayanan Amerika texnologiyasını öz ərazisinə gətirərək özünü regional hesablama mərkəzinə çevirməyə çalışır.

Dünənin nefti, sabahın “compute”u 

əsrin böyük geopolitik mübarizələrinin əsas obyektlərindən biri neftNefti kim çıxarır, boru kəməri haradan keçir, dəniz yollarına kim nəzarət edir, enerji təhlükəsizliyini kim təmin edir və s. kimi suallar dövlətlərin xarici siyasətini müəyyənləşdirirdi.

əsrdə neft öz strateji əhəmiyyətini itirmir. Ancaq onun yanına yeni resurslar gəlir. Data, mikroçiplər, elektrik enerjisi və ən əsası hesablama gücü.Süni intellekt göydən düşmür. ChatGPT-dən tutmuş hərbi sistemlərə, tibbi araşdırmalardan bank sektoruna qədər müasir AI sistemlərinin arxasında nəhəng hesablama infrastrukturu dayanır.

Bu infrastrukturu yaratmaq üçün isə minlərlə, bəzən on minlərlə yüksək performanslı GPU lazımdır.

NVIDIA-nın Blackwell və gələcək Rubin platformaları da məhz bu yarışın ən qiymətli texnoloji resursları sırasındadır.

Ona görə 70 min GPU məsələsinə sadəcə “Ermənistanda böyük data-mərkəz tikilir” kimi baxmaq səhvdir.

Burada daha böyük proses gedir.

Paşinyanın Qərbə dönüşünün görünməyən tərəfiSon illərdə Ermənistanın Rusiyadan uzaqlaşaraq ABŞ və Avropa ilə münasibətlərini genişləndirməsi barədə çox danışırıq.

ABŞ-la təlimlər, Avropa İttifaqı missiyası, Fransa ilə hərbi əməkdaşlıq, Vaşinqtonla strateji tərəfdaşlıq bu prosesin sadəcə hərbi........

© Müsavat