menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Uşaq və yeniyetmələrdə şizofreniyanin xüsusiyyətləri

14 0
06.04.2026

Psixoloq Ruhiyya Rustamova, Azerbaycan’dan yazdı;

Uşaq və yeniyetmələrdə şizofreniyanin xüsusiyyətləri

Dünyada 21 milyona yaxın insan şizofreniya xəstəliyindən əziyyət çəkir. Bu ciddi və kompleks ruhi xəstəlikdir. Bütün dünyada insalardan arasında hər 100 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Xəstəliyin kökündə düşüncə və qavrayış pozulması dayanır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi qruplaşdırılırdısa, sonralar beyin fiziologiyasının anormallığı kimi qəbul edilib. Xəstəlik gec aşkarlandıqda diaqnozun qoyulması ləngidikdə şizofreniya xroniki vəziyyətə keçir.

Şizofreniya yunan sözü olub – “parçalanma” və “fikir” sözlərinin birləşməsindən yaranıb. Xəstəlikdə insan duyğu, düşüncə və davranışları şəxsin özünə və ətrafdakılarına kəskin dərəcədə təsir edir və orqanizmdə digər keçici və qalıcı xəstəliklər yaradır.

Şizofreniya irsi xəstəliklərdən biridir. Bu xəstəlik zamanı psixi pozuntunun demək olar ki bütün formalarını – qavrama, təfəkkür, emosiya, iradə, meyil sferası və s. əhatə edən əksər psixopatoloji əlamətlərə rast gəlinir. Xəstəlik psixi tamlığın parçalanması, yəni şəxsiyyətlə mühit arasındakı normal, harmonik əlaqənin pozulmasıdır. Xəstəliyin ilkin mərhələsində təfəkkür sferasına məxsus pozuntular qeydə alınır. Xarici mühitdə baş verən hadisələrlə əlaqə itirilir və təsəvvürlər buna görə yanlış xarakter daşıyır.

Şizofreniya xəstəliyi zamanı xəstənin cümlələri öz qrammatik quruluşunu saxladığı halda məzmununu itirə bilir. Təfəkkürün qırıqlığı, mənasız müdriklik, uzunçuluq, bəzən fikirlərin dəyişik axını, fikirlərin çoxluğu, “mentizim”, bəzən isə fikirlərin yolxuğu və bir anlığa dayanması şperrunq müşahidə. Assosasiyaların qırıqlığı yazıda və xəstənin bədii yaradıcılığında da büruzə verə bilir.........

© Dikgazete.com