menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

HAMIMIZIN EHTİYACI OLAN İŞIQ - Əbülfət MƏDƏTOĞLU yazır

40 0
27.02.2026

“İşığın ayaq səsləri” kitabı barəsində ilk təəssüratım

Hər dəfə içimə hakim olan bir fikri özüm üçün təkrarlayıram. Bu fikir də ondan ibarətdir ki, biz yaşadığımız zaman kəsiyində təkcə maddiyyatın deyil, həm də mənəviyyatın işığında özümüzü normal bir varlıq kimi hiss edirik. Yəni maddi durum mənəvi çalarların fonunda bizi daha mükəmməl göstərir. Və biz də o mükəmməlliyin içərisində həm özümüzü, həm çevrəmizi, həm də Allahımızı daha açıq gözlə görür, dərk edir, eyni zamanda şükranlığımızı ifadə edirik.

Bu fikrimi ona görə bir daha yazıma ön söz kimi gətirdim ki, oxucu mənim nədən, niyə və hansı istəklə yeni nəşrlərə, yeni kitablara, ümumiyyətlə, tər sözə könül verdiyimin səbəbini bilsin. Axı, hər şeyin təri, yəni ən safı daha çox göz, könül oxşayır. O, adamı  bir İlahi gözəllik kimi özünə çəkir, onun ruhunu əzizləyir, hətta bəzən ona hakim də kəsilir. Belə olan halda o ruhi dünyadan, sehrli aləmdən çıxmaq mümkün olmur. Lap bəzən buna heç cəhd də etmirsən. Çünki o ruh aləmində özünü daha rahat, daha xoşbəxt, necə deyərlər, təpədən dırnağa sözün içərisində görürsən...

Onun hər qələm nümunəsi, hər nəsri, hər nəzmi mənim üçün həmişə maraqlı olub. Və ilk tanıdığım gündən diqqətimi çəkən əsas cəhətlərdən biri bu xanım yazarın sözündəki saflıqdır, təzəlikdir. Mən onun şeirlərini də, nəsr əsərlərini də oxuyanda elə bilmişəm ki, özüylə üz-üzə oturub söhbət edirəm. Və yaxud o danışır, mən dinləyirəm. Çünki onu oxuyanda nə cümlələrin arasında, nə misraların arasında dil büdrəmir, fikir dolaşmır. Təbii axar oxucunu, yəni məni sözün nöqtəsinə qədər alıb aparır. Və o getdiyim söz axınında eşitdiklərimin hamısı bir elat məclisində, bir kənd yığnağında, bir təbiət guşəsində adamların etdikləri söhbətin əks-sədasdır. Elə bilirsən ki, özün də ordasan, özün də o söhbətləri dinləyirsən. Səni də o saflığa çəkib gətirən........

© Ədalət