We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Elə işlərə Leyla Əliyeva baxır…

19 0 6
15.02.2017

Məlahət Ağacan Rübabə

Qardaşlarım İrkutskda, Simferopolda hərbi xidmətdə olanda anam bayramlarda açdığı süfrənin ortasına şəkillərini düzüb, “qabaqlarına” bir yekə boşqab plov qoyardı. Doymadığımızı bilsə də şəkillərin qarşısında soyuyan həmin yeməkləri bizə yox, küçədəki it-pişiklərə verərdi…

O zamanlar qürbətə gedənlər uzağı iki-üç ildən sonra qayıdırdı və hamı bayram süfrəsindəki yeməyini özü yeyirdi. İndi isə gedənlər qayıtmır, daha doğrusu qayıtmaq istəmirlər.

Təkcə bayramlarda deyil, hər gün bişirilən yeməyi it-pişiyə yedirmək, övladlarının yerinə pişikləri əzizləmək, başlarını sığallamaq ən heyvansevər insanı da bezdirər. Şəxsən mən heyvanlarla bir yerdə yaşamaqdan bezsəm də mənə oğul, qız əvəzi olan pişiklərin nazını çəkməyə, vaxtlı-vaxtında yeməklərini verməyə məcburam. Bu məsuliyyətə bahalaşma hay-küyü də təsir etməyib, pişiklərimin ac qalmaması üçün özümü oda-közə vururam, hətta bəzən hədə-qorxu, təhqirlə üz-üzə qalıram. Məsələn, bir dəfə müxtəlif çeşiddə pişik yeməkləri almaq üçün böyük marketlərdən birinə getdim. Baxdım ki, sakitçilıkdir, hamı marketdə boş araba ilə fırlanır, tez arabama pişik yeməkləri doldurub kassaya yaxınlaşmaq istədim. Bu vaxt bir qadın boş arabası ilə yolumu kəsib yerimdən tərpənməyə imkan vermədi. Yolumu kəsməklə kifayətlənmədi, həm də üstümə qışqırdı: ”Ay utanmaz, camaat çörək almağa pul tapmır, sən isə it-pişik üçün bir araba yemək almısan…” Heç bir dəqiqə keçmədi qadının hay-küyünə marketdə arabası boş olanların hamısı gəldi və məni mühasirəyə alıb qəzəblə arabalarını silkələməyə başladılar. Bildim ki, kiçik bir yanlışlıq etsəm, növbə ilə atacaqlar məni arabalarına, vitrindən-vitrinə çırpacaqlar. Axı bizim camaatın çox qəribə xasiyyəti var: ayı, canavar, tülkü, çaqqal… kimi ölkəni talayan məmurlar ac qalsalar çıxarıb ürəyini də verər, amma ac pişiklərə artıq qalan yeməyini də verməz. Arabası ilə yolumu kəsən qadına üzümü tutub dedim ki, mən bu yeməkləri........

© Azadliq