We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xalq-hakimiyyət birliyi 1994-cü ilin oktyabrında Azərbaycanda silahlı çevriliş etmək istəyən qüvvələrə qalib gəldi

3 0 0
05.10.2019

Həmin dövrdə silahlı qiyamçıların yanında yer alan radikal ünsürlər bu gün də öz dağıdıcı zehniyyətindən əl çəkmir, ölkədə qarşıdurmalar yaratmağa cəhd göstərirlər
Sirr deyil ki, bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik yolu çətin dolambaclardan keçib. 1918-ci ildə yaradılan AXC-nin varlığına son qoyulduqdan sonra SSRİ-nin tərkibinə qatılan Azərbaycan 1991-ci ildə imperiyanın dağılması ilə ikinci dəfə suverenliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə də xaricdən yeni təhdidlər və təhlükələrlə üz-üzə qaldı.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün qısa müddətdə böyük vüsət almasının, bu işğalçılıq siyasətinin gündən-günə genişlənməsinin və ard-arda ərazilərimizin işğal olunmasının, Xocalı soyqırımının baş verməsinin bir səbəbi də ölkədə bir-birini əvəz edən hakimiyyətlərin başında duran şəxslərin antimilli siyasət yürütməsi və səriştəsiz olmaları idi. Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər və qruplar arasındakı mübarizə hətta separatizmə yol açmışdı və ölkənin bir sıra regionlarında artıq belə meyillər müşahidə olunmaqda idi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti, səriştəsizliyi ilə seçildi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini açıq şəkildə göstərirdi. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görsənirdi. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Baş verənlər fonunda Azərbaycan........

© Yeni Azərbaycan