We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Radikal terrorçu Taleh Bağırovun xarici dairələrin göstərişləri ilə ictimai-siyasi sabitliyi pozmaq istəməsi bir daha ifşa olundu

4 0 0
10.07.2019

Yerevan Dövlət Universitetində keçirilən konfransda Taleh Bağırov “yaşıl inqilab lideri” adlandırılıb
Sirr deyil ki, bu gün dünyanın bir çox yerində dindən siyasi məqsədlər naminə istifadə olunur və bu kontekstdə radikal-ekstremist qüvvələrdən yararlanmaq təcrübəsi xüsusilə aktuallıq kəsb edir. Vurğulamaq lazımdır ki, tolerantlıq nümunəsi kimi xarakterizə olunan və dünyaya yeni multikulturalizm modeli təqdim edən Azərbaycanda heç vaxt din və ya məzhəb ayrı-seçkiliyi olmayıb. Təəssüfləndirici haldır ki, bəzən bir sıra xarici anti-Azərbaycan mərkəzlərin və ermənipərəst qrupların sifarişi və maddi dəstəyi ilə ölkədə təxribat yaratmaq istəyən destruktiv qüvvələr də tapılır ki, nəticə etibarı ilə onların cəhdləri də boşa çıxır. Məsələn, 2015-ci ildə Taleh Bağırovun yaratdığı qeyri-qanuni silahlı birləşmə də Azərbaycanda din pərdəsi arxasında xaos, qarşıdurma yaratmaq niyyətində olub. Xatırladaq ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bu silahlı cinayətkar dəstə 2015-ci ilin noyabr ayında təxirəsalınmaz əks tədbirlər nəticəsində zərərsizləşdirilib. Müəyyən........

© Yeni Azərbaycan