We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir

4 0 0
19.10.2019

Lakin bu cəhdlər əbəsdir və ictimai asayişi pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək
Radikal müxalifət düşərgəsinin ölkəmizdəki sabitliyə xələl gətirmək üçün hazırlanan planların önündə yer alması, ermənipərəst xarici mərkəzlərin sifarişlərini yerinə yetirməsi heç kimə sirr deyil. Onların hər zaman xaos, qarşıdurma arzusunda olduğu atdıqları bütün addımlardan görünməkdədir. Məsələn, dağıdıcıların oktyabrın 19-na təyin etdikləri mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı məkanda deyil, “28 May” metrostansiyasının qarşısında keçirmək üçün “hazırlaşmaları”, etdikləri çağırışlar bunu təsdiqləyir.
Vurğulamaq lazımdır ki, Əli Kərimli sosial şəbəkələrdə həm də insanları itaətsizliyə çağırmaqla bir daha qarşıdurmaların yaranmasında maraqlı olduğunu ortaya qoyur. O bilir ki, qanunu pozanlar birmənalı şəkildə qanun qarşısında cavab verməli olacaqlar və bu mənada özü sanki insanların saxlanılmasını, həbs olunmasını, eləcə də xaos yaranmasını, paytaxtın mərkəzində həyatın iflic edilməsini “körükləyir”. Bu isə bir daha dağıdıcı ünsürlərin əsl simasını cəmiyyətə nümayiş etdirir. Xarici ermənipərəst mərkəzlərin maddi dəstəyi və sifarişi ilə ölkədəki sabitliyə xələl gətirmək istəyən bu cür antimilli təfəkkürə və xislətə malik insanlar Azərbaycanda qarışıqlıq salmaq, təxribatlar törətmək üçün əmr aldıqlarını bariz şəkildə ortaya qoyurlar.
Digər tərəfdən,........

© Yeni Azərbaycan