We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək

4 0 0
18.07.2019

“Keşikçi qala” sərhəd məntəqəsində baş verən insidentdən bəhrələnmək istəyənlər bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar
Xəbər verildiyi kimi, bir neçə gün öncə “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib.
Qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirir. Digər tərəfdən, ölkələr arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır. Bu mənada, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar və təəssüf doğurur. Məhz Azərbaycanın təşəbbüsü, Gürcüstanın iştirakı ilə həyata keçirilən qlobal layihələrin uğurlu nəticələrindən, iki dövlət arasındakı dostluq və əməkdaşlıq platformasının........

© Yeni Azərbaycan