We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb

6 0 0
22.08.2019

AXCP sədrinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
Siyasi riyakarlığı özünə peşə seçmiş radikal müxalifət düşərgəsi addımbaşı siyasi şou düzəltmək və bundan siyasi dividend qazanmaq üçün fürsət axtarışındadır. Radikal ünsürlər hətta xalqın mənəvi dəyərlərinə belə hörmət göstərmir, insanların ağrı-acılarından, hüzn günlərindən də “siyasi piar” üçün istifadə etməyə cəhd göstərirlər.
Yeri gəlmişkən, şəhid pilotumuz Rəşad Atakişiyevin ailəsinin şəhidin dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə etməməyə çağırışı və müxalifət düşərgəsinin orada iştirak etməməsini istəməsi, deyəsən, Əli Kərimlinin bununla bağlı hazırladığı planları “suya düşürüb”. Ona görədir ki, AXCP sədri sosial şəbəkədə bütün hikkəsini ortaya qoyaraq bir daha hansı simaya malik olduğunu cəmiyyətə nümayiş etdirib. Bəs görəsən, Əli Kərimli özü düşünürmü ki, hansı səbəblərdən onun belə kütləvi tədbirlərdə iştirakı hətta şəhidin ailəsi tərəfindən də arzu edilmir?
Əvvəla, vurğulamaq lazımdır ki, Ə.Kərimli özü etiraf edib ki, bu dəfn mərasimində iştirak etmək, daha doğrusu, hansısa siyasi şou hazırlamaq üçün qondarma “Milli şura”nın........

© Yeni Azərbaycan