We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır

4 0 0
18.10.2019

Hüquq-mühafizə orqanları isə qanunsuz əməllərin qarşısının qətiyyətlə alınacağını və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəyini bəyan edir
Xəbər verildiyi kimi, qondarma “Milli şura”nın və AXCP-nin oktyabrın 19-da mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciət növbəti dəfə müsbət cavablandırılıb. Belə ki, BŞİH radikal müxalifətə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində oktyabrın 19-da iki saat ərzində kütləvi aksiya keçirmək üçün yer ayırıb. Bunun müqabilində yenidən öz radikal mahiyyətinə uyğun olaraq dağıdıcı ünsürlər göstərilən ünvanda deyil, şəhərin mərkəzində “mitinq” keçirəcəklərini bəyan ediblər. Daha doğrusu, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə xalqı kütləvi itaətsizliyə çağıraraq qarşıdurmalara təhrik edir, onları qanunları pozmağa sövq edir.
Qeyd etmək lazımdır ki, Əli Kərimli mitinq keçirmək üçün şəhərin mərkəzində - “28 May” metrostansiyası ərazisindəki meydanı “tələb edib”. Əli Kərimlinin mitinq üçün şəhərin mərkəzində, insanların sıx olduğu bir ünvanda mitinq keçirmək istəyi isə heç bir məntiqə sığmır. Təbii ki, bu həm də Ə.Kərimlinin ötən illərdəki “təcrübəsindən” qaynaqlanır. Belə ki, illərdir hətta şəhərin mərkəzində yerləşən “Məhsul” stadionunda keçirdiyi kütləvi aksiyalara cəmi bir neçə yüz insanı cəlb edə bilən........

© Yeni Azərbaycan