We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əli Kərimli artıq virtual aləmlə real həyat arasındakı sərhədi itirib

5 0 0
28.08.2019

Ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, hətta onun mövcudluğundan belə xəbərsizdirlər
Hər zaman milli mənafeyə düşmən kəsilən ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən, ianələr aldıqları erməni lobbisinin xidmətçisinə çevrilən radikal ünsürlər artıq dalana dirəndiklərini anlayıblar. Məhz bu səbəbdəndir ki, xalqın etimadını qazana bilməyən, seçkilərdə fiasko yaşayan radikal düşərgə partiyalarının rəhbərləri nə qədər çabalasalar da, “siyasi meyit”ə çevrildiklərini büruzə verməkdədirlər.
Bu fakt daha çox AXCP sədri Əli Kərimliyə aiddir. Belə ki, Əli Kərimlinin bütün fəaliyyəti onu göstərir ki, bu adam, sadəcə, özünə bir iş tapa bilmir, cəmiyyətə, ailəsinə, ətrafına fayda gətirə biləcək bir işin ucundan yapışmaq bacarığı yoxdur. “Siyasi fəaliyyət” anlayışını sosial şəbəkələrdə girələnmək və ya qeyri-real, yalan statuslarla cəmiyyətdə çaşqınlıq yaratmaq kimi qavrayan Əli Kərimli özünü gülünc vəziyyətə salmaqdadır.........

© Yeni Azərbaycan