We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Bakıda və Madriddə keçirilmiş final matçlarının təşkilatçılıq səviyyəsi ilə bağlı məqamlar hansı reallıqları ifadə etdi?

3 0 0
04.06.2019

Yaxud faktlar göstərir ki, Bakıda keçirilən final oyununun təşkili bütün parametrlər üzrə daha səviyyəli olub
Son bir neçə gün ərzində idmansevərlər Avropanın iki nüfuzlu futbol yarışmasının final matçlarını izlədilər. Azərbaycanın paytaxtı Bakıda UEFA Avropa Liqasının, İspaniyanın paytaxtı Madrid şəhərində isə Çempionlar Liqasının final oyunları baş tutdu. Ekspertlər hər iki matç öncəsi və oyun ərəfəsində müşahidə edilənlərin müqayisəsini aparmaqla belə bir qənaət ifadə edirlər: paytaxt Bakıda final matçının təşkili bütün parametrlər - təhlükəsizlik, nəqliyyat, servis, hotellər və s. üzrə daha səviyyəli olub. Bu reallığı daha dəqiq ifadə etmək üçün bir sıra məqamlara xüsusi diqqət yetirmək məqsədəmüvafiqdir.
Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə təşkil olunması ilə fərqləndi
Beləliklə, mayın 29-da Azərbaycanın paytaxtı Bakı UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi. İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Belə ki, Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu.
Xüsusi vurğulamaq gərəkdir ki, sözügedən final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkə olması növbəti dəfə sübuta yetirildi. Eyni zamanda, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi. Bütövlükdə, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın........

© Yeni Azərbaycan