We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...

5 0 0
15.01.2021

Bu gün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın edildi. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları artıq azad olunub. Bəyanatda əks olunan digər müddəaların da icrası davam etməkdədir. Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş və bu görüşün nəticəsi olaraq imzalanan bəyanatı buna misal göstərmək olar. Həmin sənəd 10 noyabr Bəyanatının 9-cu bəndinin icrası ilə əlaqədardır. Yəni bu bəyanat regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasını nəzərdə tutur.
Ümumiyyətlə, nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionda yeni vəziyyət yaradacaq və ən əsası, Azərbaycanın bölgədə, bütövlükdə beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Önəmli məqamlardan biri də budur ki, “Mehri........

© Yeni Azərbaycan


Get it on Google Play