menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İslam inqilabının acı taleyi

8 0
12.12.2025

Quzey Azərbaycanlı yazar Eluca Atalının son romanı “İran hizbullah zindanında” adlanır, əsər dörd kitabdan ibarətdir:

Birinci kitab “İnqilabın travması”
İkinci kitab: “Üç vəd, üç tələb”
Üçüncü kitab: “Qanlı orkestr”
Dördüncü kitab: “Həyatı tabutda axtaranlar”

Roman İran islam inqilabı ideyasının Amerikadan gəlməsi və inqilab müəllifi kimi bəşərə tanıdılan imam Ayətullah Xomeyninin əslində Ağ Evin əmrlərinin icraçısı olduğu sübut olunur. İmamın kütləni idarə etməkdən ötrü inqilabdan dərhal sonra ictimai yerlərdə – bazar, xiyaban, universitet, məktəb və hətta doğum evlərinin qarşısında eadam ağaclarının qurulmasına verdiyi fitva adamları qorxu ilə tərbiyə edib, qorxu hökmü altında onun əmrinə tabe olması məqsədini güdür. Əsərin qəhrəmanı on yaşlı Fatma Kərimi İnqilabın ilk ilində bir səhər sübh tezdən oyanıb evlərinin qarşısındakı dar cığırdan adamların şəhər meydanına qaçdıqlarının şahidi olduqda marağa düşüb onların arxasınca gedir. Gördüyü səhnədən ömründə ilk travmanı alır: meydanda hamının gözü qarşısında inqilab keşikçiləri bir insanı dar ağacından asırlar. İlk əvvəl bunun bir ciyabaz oyunu olduğunu zənn edən uşaq, düşünür ki, camaat bu meydana maraqlı tamaşanı izləyib şənlənmək üçün yığılıb, lakin hadisənin mahiyyətinə varanda sarsılır. Beləliklə də, bu sarsıntıdan o dəhşətli zərbə alır. Ona Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” kitabını oxumağı məsləhət görmüş müəllimi, şair Əlirza Şükrü Əfşar və öz şəxsi kitabxanasını ictimai kitabxanaya çevirmiş Bəhram Əfşarı edam edilirlər və kitabxananın kitabları meydana tökülüb yandırılır.

Qızcığaz atası ilə zoomağazaya gedib qara balıqlar alaraq müəlliminin xatirəsini........

© Turkish Forum