HESABAT – 2019 |
2019-cu İLİN ŞE”RLƏRİ
EPİTAFİYA Xalq deyər: Ağacı qurd içindən yeyər. Sən də bir həyat ağacı – vətən, Sökülürsən, tökülürsən içindən! Anlamaz bunu yaltaqlar, manqurtlar. İçimizdən yeyər bizi bu vəhşi, bu murdar ac qurdlar- Durmaq bilməz! Doymaq bilməz! Köpüb-partlamaq bilməz! Öldürməyincə ölməz! Ey zəngin, ana coğrafiya, Səni illərdir qurd kimi içindən gəmirir, xırtaxırtla sümürür, talan edir, qarət edir bu mafiya! Sənədir məndən bu epitafiya! Ağacsanmı, daşsanmı, ey refleksləri öldürülmüş laqeyd, qorxaq xalq? Diriykən ölüsənmiş, Fatihən verilib, Necə deyim ayağa qalx?
Manqurt – türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gerilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir. 27 yanvar 2019
VƏTƏN Familə Fərmanlı üçün
Bu gün Qarabağ qazisi, Xocalı döyüşçüsü Familə Fərmanlını ziyarət etdim. Bacısı qulluğunda dayanır. Kimya terapiyası başa çatdıqdan sonra xərçəngdən əməliyyat olunacaq. Çay süfrəsi arxasında sevinclə dedi ki, fb-dən dostluğunda olan Anar adlı tələbə bu yaxınlarda evlərinə gəlib. Xanıma divar saatı, üstü “Familə Fərmanlı” yazılmış fincan hədiyyə edib. Sən demə, Familə xanımla əlaqə saxlayan, onu unutmayan, ona şəfa diləyən insanlar çoxdur. Sağ olsunlar! Ancaq hazırda tibbi müayinəyə və 230 manatdan başlayan bahalı dərmanlarına pul çatdıra bilmir – öz pensiyası və I qrup əlilliyinə görə təzə artırılmış müavinət müalicəsinə qəti kifayət etmir. Sevindirici xəbər odur ki, Masazır bələdiyyəsinin sədri və Abşeron icra hakimiyyətinin nümayəndəsi söz veriblər ki, tezliklə nəhayət, yaşadığı evin kupçasını (mülk kağızı – dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı) ala biləcək! Heyf ki, xəstəliyin təsirindən ağır eşidir, lazım gələndə öz çarpayısından çəliyə söykənərək ayağa qalxır. Zahirən könül açan, daxilən qəlbimi göynədən bu görüşün sonunda yadigar şəkil çəkdirdik. Xırdalana qayıdarkən ürəyimin göz yaşları – aşağıdakı şe”r heç bilmədim ki, qələmimdən necə süzüldü.
Haraya gedirsən, dərəbəylikdir, Nə olsun, daha bəy, ya xan yox, vətən! Doğmalıq, halallıq yox, ögeylikdir, Allahdan, bəndədən qorxan yox, vətən!
Sağlığın istəyir borclu borclunun, Qanına susayıb öclü öclünün. Təəssübün çəkir güclü güclünün, Kasıba, pulsuza baxan yox, vətən!
Sanki yem olmuşuq pəzəvənglərə, Xallı kaftarlara, ac pələnglərə. Bu görməmiş, vəhşi, qart nəhənglərə, Bir adil məhkəmə, divan yox, vətən!
Şəhidə, qaziyə nə bir qiymət var, Nə də vətəndaşa iş var, sənət var. Hər bir şey satılır! Talan, qarət var! Sənə sahib, qahmar çıxan yox, vətən! 5 mart 2019
Dünya ağzı göyçəklərlə, ağızdan pərtövlərlə, boşboğazlarla, başdan xarablarla doludur.
Bunlara xəbərçilər, agentlər, abırsızlar, sirr saxlamazlar, çərənçilər, radikallar, idarəolunmazlar, ümumiyyətlə ləyaqətsizlər də deyilir.
İctimai-siyasi bəlaya çevrilmiş bu psixləri – ağzı göyçəkləri bir fərd kimi göstərmək istədim.
Bax, bu gəlhagəllə, bu gethagetlə,
Yaxana vurulan bir etiketlə.
Bu rüsvayi-cahan bir........