We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Hisslərimizin ən hərəkətlisi...

8 0 0
17.11.2018

Ramin Hacılı


Kennedinin and içmə mərasimində ABŞ şairi Robert Forst ona həsr etdiyi poemanı oxumalı imiş. Gözünə günəş düşdüyündən nə qədər çalışıbsa, şeiri kağızdan oxuya bilməyib. Əvəzində əzbər bildiyi başqa şeirini deyib. Günəş şairin dilindən "Azadlıq nəğməsi"ni eşitmək istəyib...Əlimdəki sonuncu kitabı bir nəfəsə oxuya bilmədim. Dəfələrlə əsəri kənara qoyub düşündüm. Ən çox girişdə qeyd etdiyim parçanı gözlərim buraxmadı. Bəbəyimin zehnimə göndərdiyi sual bu idi; Doğrudanmı, "Azadlıq nəğməsi"nə günəşin ehtiyacı var?


Bəlkə günəş ictimai tələbin cığırında aydınlıq saçmasını istəyirdi cənab Forstdan? Hə e, hə, mən bu qənaətdəyəm. Günəş öz şüalarının sınmasından narahat deyil. İşığını verdiyi ulduzların yaratdığı aydınlıqdan zövq alır. Günəşi tanrılar tanrısı kimi qəbul edən qədim xalqların instinkt və duyumunda sevgi və atası kimi kişi axtaran qızcığaz saflığı yatır. İnsan övladı təhtəlşüur olaraq onun uğruna təmənnasız yanan, özündən güclü kimisə - təzim etmək üçün, - axtarıb, axtarır, axtaracaq.


Müzakirəmi tək tərəfli olsa belə, davam etdirirəm.


Problemin ictimai yükü təbəqələşmənin gətirdiyi məişət çıxılmazı ilə izah edilən cəmiyyətdə postinsan dönəminə toxunulmasını çox gözləmişəm. İntibahın tanrıçılıq yox, insanmərkəzçilik çağını yaşamış Avropa yeni əsrə insani yox, postinsani üstünlüklə yollandı. Artıq varlı-kasıb təbəqələşməsini problem kimi həll edən Avropa fəlsəfi axını çözümü "üstinsanla" və ya "üstinsanda" axtarır.


Necə ki Martin Lüterin başlatdığı........

© Qaynar