menu_open
Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Üstü mayonezli Nobel

5 0
31.12.2024
Hər il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçının adı açıqlananda bizim ədəbi mühitdə bir qaynaşma hiss edirəm. Qaynaşmanın içindən ah-uf səsləri də eşidilir, yəni, mükafat bu dəfə də bizə verilmədi. Əlbəttə, bu cür köksötürmələrin müəlliflərini qınamıram, hələ nə yaşları var ki, yavaş-yavaş bədii söz sənətinin nə demək olduğunu anlayacaqlar. Qırxında öyrənib gorunda çalanlar o qədər olub ki! 
Hələ bir vaxtlar Vaqif Bayatlı müsahibələrinin birində demişdi ki, vaxt gələcək, mükafatı bizə vermədiyinə görə  Nobel komitəsi Azərbaycan ədəbiyyatından üzr istəyəcək! 
Bayatlının bu sözündən sonra Nobel komitəsi zəng edib soruşmuşdu ki, mayonez də vuraqmı? Şəxsən məndən soruşsaydılar deyərdim, mayonez vurun, ama, soğan lazım deyil. Həqiqətən ee, indiki soğanlar yeyiləsi deyil. 
Vaxt var idi şeiri-zadı qəzet-jurnallardan oxuyardıq, indi  sosial şəbəkələrin hansını silkələyirsən şeir tökülür. Hamısı da qəmli, mərsiyə ladında. Bizim şairlər elə bilir, oxuyanı təsirləndirmək üçün şeir mütləq qəmli olmalıdı. Şeirdə ki, ölüm, kəfən, meyit olmadı – apar qaytar! 
Bir dəfə oksigen balonunu belimə bağlıb ümman poeziyamızın dərinliyinə endim ki, görüm, şairlərimiz hansı mövzularda gərdiş edirlər. Biri yazır, göz yaşım bulaq kimi qaynayır, o biri yazır, bulaq nədi,........

© Qaynar


Get it on Google Play