Tərəzi Oğlan
(65 yaşıma)
Bir səhər oyanıb fikirləşirsən: o gözəl Müşfiqin cəmi 30 il yaşadığı, o böyük Cəfər Cabbarlının 35 il, müqəddəs Səməd Vurğunun 50 il yaşadığı diyarda sən artıq, 65 yaşa dolursan. Ancaq sənə elə gəlir sənin də 30, ya uzağı 35 yaşın var. Bu uzun 65 ili haçan yaşadın ki?
Sən hərdən kəndə gedəndə anan gülüb deyərdi, körpə vaxtı elə iti iməkləyirdin, arxanca çatmaq olmurdu həyətdə. Birinci sinifə getdiyin indiyə qədər də yadındadı: bu gün dünyada olmayan böyük qardaşın Ramiz əlindən tutub məktəbə aparırdı səni, uzaqdan pəncərəsi görünən sinif otağını göstərib dedi, bax, sən o sinifdə oxuyacaqsan. Aman Tanrım, 65 yaşın var, ancaq sentyabrın birində ilk sinif otağınızın pəncərəsini uzaqdan görüb sevinməyini hələ də unutmamısan. Qardaşının əlindən çıxıb bir əlində balaca çanta o sinifə doğru necə qaçırdın!
Yox, mən razı deyiləm, 65 yaş nədi?! Bu da təzə çıxdı? Pioner qalstuku bağlayan, barmağı çernilli uşaq sən deyildinmi? Sonra orta məktəbi bitirib Bakıya gələn, Universitetin jurnalistika fakültəsindən kəsilən, bir il sonra əsgərliyə gedən oğlan hara, 65 hara? Əsgərlikdən sonra biraz........
© Qaynar
visit website