Şahanə kədər və ya Pezeşkian üçün senari...

Ötən yazıda böyük siyasətin kimsəyə, o cümlədən də Pəhləvi nəslinə xoşbəxtlik gətirmədiyini yazmışdıq. Odur, şəxsi tale və ailə motivləri bir yana, hətta indinin özündə də düşünürük ki, daha bir cəhd şahzadə Pəhləviyə heç olmasa, uğur gətirəcəkmi?
Hələ ki şahzadə Pəhləviyə etirazçılardan hansısa ciddi jest müşahidə etmirik, əksinə yenə də əksər təhlilçilər iddia etməkdədir ki, etiraz etmiş İran əhli nə Pəhləvinin, nə də ABŞ imperializminin qayıtmasını arzulayır, guya hətta bizim cənublu soydaşlarımızın da passivliyi daha çox bununla bağlıdır. 
Amma bir neçə dəfə qeyd etmişik soydaşlarımızın problemi daha çox hamımıza tanış olan psixoloji – bioloji "millətçilik” problemidir: "Bəli, Xameneyi də bizimkidir və fəxrimizdir!..” 
Problem bundadır. Necə ki, özümüzün də yaxın keçmişimizdə bəzilərimiz hətta Əbdürrəhman Vəzirov haqqında eyni sözləri deyirdi: "Kişi Pakistanda səfir olub, fəxrimizdir!” 
Bir deyən yox idi ki, kişinin qafası azərbaycanlı - türk qafası, hətta müsəlman beyni də deyil! Eyni sözləri Seyid Əli Xameneyi haqqında da yazmışıq: Xameneyi də nəinki irançı, hətta qatı anti-türküçüdür.
Belədəsə, etirazlar hələ də davam edir. Pəhləvi hələ də aktiv fiqurlardandır. İran əhlini bilmirik, amma deyəsən, xarici ölkələrdəki çoxsaylı İran diasporaları Pəhləviyə dəstək verməkdədir. Bu günlərdə hamımızın........

© Qaynar