Qardaşım Aydın, biz ki, yaza vurğunduq...

Qardaşım Aydın, lap əvvəl onu deyim ki, söylənilənlərə görə, Hadi şeirlərini kağıza köçürüb ona-buna paylayarmış, hətta satarmış! Aydın, sözüm bunda da deyil, bizim nəslin faciəsi həm də onda oldu ki, bizdən Hadi də çıxmadı. Amma bircə bənzərlik var: indi də nəsə yazmaq azdır, gərək, ismarış göndərib, zəng edib deyəsən ki, filankəs, sənin haqqında filan saytda filan sözləri yazmışam. Daha dəhşətlisisə bilirsən, nədir? Bu yazılar nəyisə dəyişirmi?..
Aydın, qardaşım, mən çoxdan sənin imzanı "itirmişdim”. Həbsdən çıxandan sonra Nəşriyyatın çayxanasında gördüm səni. Bir az sonra saytların birində üç tanınmış jurnalist haqqında yazını ozudum: mən dostların yazılarını həmişə oxuyuram. 
Sonra böyük fasilə yarandı mənim üçün. Nəhayət, lap yaxın vaxtlarda bir Can imzası gördüm: bir xeyli fikirləşdim ki, görən, axı bu, kimdir?
Nə başını ağrıdım, axır yəqin oldum ki, sənsənmiş. Doğrusu, kitabını görməmişəm. Bir az səni də güldürmək üçün deyim ki, alimlər adətən kitab oxumur, onlar hər şeyin, necə deyər, "svejizisini”, yəni məqalələri oxuyarlar, kitablar daha çox tələbələr-filanlar üçündür: inan, bu, dəqiq bir elmi faktdır, necə deyərlər...     Səni hələ "Azadlıq” qezetinin bölgə müxbiri olandan oxuyuram. Demirəm ki, dahiyanə yazılar idi, yox, amma bunlar sənin yazın, sənin üslubun idi, daha belə şey qalmayıb jurnalistikada – lap elə jurnalistikanın özü kimi...   
Amma rastıma çıxan, oxuduğum son yazılarında "siyasət” çoxdur, yekəxana çıxmasın, sən hətta özünü jurnalistdən çox siyasi–ictimai fəal hesab edən mən qardaşından da daha "siyasi” görünürsən. Təvəllüdünü, yaşını bilmirəm, hətta bilmirəm ki, bundan sonra yazacaqsanmı?.. 
Amma oxucun kimi deyirəm ki, çalış, "siyasəti” azalt. Bilirsən, niyə deyirəm? Aydın, "paqonlu ziyalılar”, daha nə bilim, kimlər, bezdirdi, məhv etdi milləti! İnan, "paqonlar” indi də qalır, dəyişən ulduzlardır!..
Neçə il bundan əvvəl bir rus kanalında keçmiş fizik, həm də jurnalist maraqlı........

© Qaynar