Qafqaz elə Tramp üçün də qurtuluş deyilmi?..

Kreml siyasi əhlinin bir xüsusiyyətinə qibtə etməmək olmur: bunlar heç vaxt, heç bir şəraitdə həvəsdən düşmürlər.


Ötən həftə ən çox diqqətdə olan məsələlərdən biri Ermənistanda keçiriləcək parlament seçkiləri idisə, digəri də seçkidən sonra bu ölkənin Rusiyanın müxtəlif layihələrində gələcək iştirakı idi. KTMT bir tərəfə, artıq hamı belə hesab edirdi ki, seçkidən dərhal sonra Paşinyan İrəvanı Avrasiya İttifaqına "yox” deməsə də, keçmiş "forpost”un inteqrasiya vektoru daha çox Avropaya yönələcək. Bunu seçki təbliğatı zamanı nəinki Paşinyan özü, eləcə də komandasının digər üzvləri açıq şəkildə bəyan edirdilər.


Doğrusu, biz bu sətirləri yazanda hələ seçkinin rəsmi nəticələri açıqlanmamışdı, amma exit-pollar Paşinyan blokunun qalib gəldiyini iddia edirdi. Düzü, revanşistlərdən daha çox Karapetyan kimi "pul dağarcıqları”nın vaxtilə Gürcüstanda İvanişvili kimi oliqarxın etdiyi kimi seçici kütləsinin "saqqızı”nı oğurlayacağından ehtiyat edilirdi. Bir neçə saat keçəndən, guya səslərin yarısı hesablanandan........

© Qaynar