menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Meyiti ortada qalmış Tanrı...

30 0
13.04.2026

Sovetin vaxtında bir şeirə seçilmiş epiqraf hələ də yadımda qalıb: hökmdarlar şairləri anlayanda - başa düşəndə onları edama göndərirlər.

 

İndi də hərdən bu sözlər yadıma düşür. Başlayıram lap əvvəlcə bütün Qərb şairlərini, yazçılarını - Homeri, Servantesi, Danteni, Şekspiri, Höteni, Bayronu, Heyneni və başqalarını kino kadrları kimi gözümün önündən keçirməyə. Amma hansınınsa hökmdarlarla hansısa ciddi problemini yada sala bilmirəm.


Keçirəm Şərq ədiblərinə - Firdovsiyə, Nizamiyə, Füzuliyə, nə bilim, Axundova, Mirzə Cəlillə, hətta Sabirə! Bu adamların da onda bilavasitə

hakimiyyətlə, hökumətlə ciddi problemi olmayıb axı! Əvvəllər sarayların zinəti "ədəbi məclislər” olurmuş. Bircə Nəsiminin problemi (başqasını yada sala bilmirəm!) olub, amma bu xüsusda da hələ çox mübahisələr gedir, necə ki, hələ də insanlar müzakirələr edirlər ki, İsa peyğəmbərin edamına görə romalıları, İudeya hökmdarı Pontiy Pilatı qınamaq lazımdır, yoxsa yəhudi ravvinlərini?


Bizim ədiblərin də ruslar kimi problemləri Sovetlərin dövründə başlayıbdır – hətta rus çarları da bəzi şairləri uzağı, Qafqaza–filana əsgərliyə göndərərdilər! Düzdür, Dostoyevski kimi katorqa yaşayan da olub, amma əsərlərinə görə göndərmşmişdilər ki! Əksinə, bəzi yazılanlara görə, adam bir az ağıllanandan - müdrikləşəndən sonra hətta çarın övladlarına tərbiyəçilk edir, özü də çox monarxist-slavyanistmiş.


Yəni hara çevirirsən çevir, görürsən ki, yenə də şairləri, yazıçıları son anda başa düşən, anlayan hökmdarlar olub, ən azı ona görə ki, məşhur

məsəl bir var, deyir ki, zər qədrini zərgər bilər...


Vaxtilə bir rəvayət danışırdılar. Əlbəttə, Füzuli heç vaxt zindanda–filanda olmayıb, amma deyirdilər ki, guya şairi məhbəsə atıblarmış və o, bir dəfə görür ki, bir sadə məhbus hey ona baxıb gözünün yaşını axıdır. Şair dözməyib soruşur ki, sənə nə olub? Məlum olur ki, sadə........

© Qaynar