İrəvan Moskvayla qalsın, yoxsa Parislə?.. |
Əgər səhv etmirəmsə, artıq ikinci həftədir ki, Ermənistan siyasətçiləri hər şeyi bir tərəfə qoyub yalnız özlərinin seçki təbliğatı ilə məşğuldurlar.
Hətta yaxınlarda deyildi ki, baş nazir Nikol Paşinyan özü də məzuniyyət götürərək seçki kampaniyasına start verib.
Bəzi insanlar Ermənistanda keçiriləcək seçkilərdən söz düşəndə çiyinlərini çəkib təəccüblə deyirlər ki, əşi, seçkidir də, yəni bu da böyük problem olub?
Belədəsə, həqiqətən böyük problemdir, mümkündür, kimsə bununla razılaşmayacaq, amma nə qədər qəribə olsa da Ermənistan indi Cənubi Qafqazın ən demokratik ölkəsi sayılır. Ondan əvvəl ən qərbpərəst və demokratik Qafqaz ölkəsi Gürcüstan hesab olunurdu və kiminsə ağlına gəlmirdi ki, dünənədək Rusiyanın nə bilim, forpostu, ya vassalı sayılan İrəvan durub birdən-birə bir çox reytinqlərdə önə keçəcək...
Bunları ona görə qeyd edirik ki, az-çox, demokratik ölkələrdə seçki həqiqətən böyük problemdir, siyasətçilər üçün bundan böyük problem yoxdur; ona görə oxuyanda, eşidəndə ki, Paşinyan metrodan baş vurub idman meydançasından çıxır, qəti təəccüblənməyin buna, adam bütün vasitələrlə populyarlığını, reytinqini artırmağa çalışır. Nəticəsi varmı?
Bizə elə gəlir ki, var. Əgər reytinqlərdə pozitiv artm tendensiyası varsa, deməli işlər yaxşı........