menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İbrahim, ömürdə ömür göyərtməyincə...

19 0
05.01.2026
İbrahim, qardaş, inan, o qədər qorxuram ki, birdən yazacaqlarım, iraq-iraq, çaşıb "Xeyir söyləməzə xeyir söylə, dedilər...” məsələsinə oxşayar. Amma qorxma, səndən də, elə oxucudan da bir azacıq səbr rica edəcəm. Həm də ötən yazılarda da "yaşamadıqlarımı yaza bilmirəm” yazmışdım. Odur, qüsur bilmə, səbrini bas, dinlə qardaşını.
İbrahim, bu qədər yazı-pozudan, mübahisələrdən-deyişmələrdən sonra yenə də adamın içində bir daxili monoloq qalır. 
Bilmirəm, bəlkə də ona görədir ki, adamlar, hətta ölkələr var, onların dərdi-səri bitmək-tükənmək bilmir. Çoxu düşünür ki, az qala, hər gün yazan jurnalistin, hətta ədibin yenə də yazmadığı, demədiyi söz qalarmı? 
Dəhşət də ondadır ki, nəinki qalır, hətta adamı üzür, didir-çeynəyir. Səbəbi çoxdur və bəlkə də ən primitivi budur ki, bəzən daha çox "quş dilində” yazan ədiblər bir yana, ən cəsarətli jurnalistlər belə bildiyinin, düşündüyünün on faizini də yazmır və yaxud bacarmır. Hətta hərdən asi olub düşünürsən ki, jurnalistika da, hətta sizin böyük ədəbiyyat dediyinizin özü də daha çox əyləncə, adamın başını qatmaq, hətta özünü ovundurmaq üçün uydurulmuş bir şey deyilmi?
Bilirsən, İbrahim, bunları həm də niyə deyirəm? Doğrusu, qardaşım, artıq yadıma da gəlmir, "Hərb və sülh” neçə cild idi! Amma Tolstoy yazdıqlarında hər şeyi demişdisə, niyə o çağında "dəli-divanə” olub  çöllərə düşdü? Niyə Nitşe axırda "ağlını itirdi”? Axı bu insanlar artıq  sağlıqlarında canlı BÜTLƏR idi! Nələri çatmırdı onların?..
Bilirsən, yaradıcı insanlara hamı "Tanrının sevdikləri” deyir, həsəd aparır, paxıllıq da edirlər. Amma mənə daim elə gəlib ki, bu insanlar həm də Tanrının qarğıdıqlarıdır. Sən mənə heç olmasa, bircə nəfər əsl xoşbəxt yaradıcı insan adı çəkə bilərsinmi? İnan, belələri yalnız və yalnız Sovetlər kimi rejimlərdə olurdu: çinovnik-sənətkarlar hər cür "qayğ”ı ilə əhatə olunur, az qala, xoşbəxtlik içində məst olurdular!
Amma bu da onda hamıya aid deyildi: çinovnik-sənətkar Fadeyev axırda intihar etmədimi? Üstəlik, hər şey bir yana, "Martin İden”i xatırlayırsanmı: bəli, yaradıcı insan yerlə-göylə əlləşib-vuruşur, amma istəyinə çatandan sonra həm Cek Londonun qəhrəmanı, həm də sənin də, mənim də az da olsa, tanıdığımız Kamyu kimi dəhşətli boşluq yaşayır...
Odur, qardaşım, çalış, fəlsəfi bax bəzi məsələlərə. Bir az siyasətçilik etsəm, dərhal səhifəni çevirmə, küsmə məndən. Bilirsən, cəmi post-sovet ölkələrinin dərdi, mərəzi nədir? Bu cəmiyyətlər "Sovetin şineli”ndən çıxıblar (əslindəsə, tamam çıxıblarmı?). 
Bunlara çox adlar verilib, tək Oruell yox, Havel, hətta Zinovyev (sonradan məlum oldu ki, ən böyük "homosoveticus” adam özü imiş! Hələ də fikirləşirəm ki, bu adam, eləcə də Limonovlar və b. "KQB-nin layihəsi” deyildi ki?) kimi filosoflar bunu anlamağa cəhd ediblər, çünki həqiqətən fenomendir. Adını "Absurdstan”, "Narkostan” qoyublar, mənsə buna həmişə "KQB-stan” demişəm. 
Bilirsənmi, niyə? Lap yaxın keçmişlərədək bu cəmiyyətləri daha çox ötən dəfələrdə də yazdığım kimi, bəzi "paqonlu ziyalı”lar, ”instruktorlar” idarə (ideoloji mənada!) edib. Hərdən fikirləşirəm ki,  bunların hamısı heç olmasa, bir istedadı məhv etməyi özlərinə borc bilirdilər, sanki buna görə harasa və kiməsə hesabat verirdilər.
Onların "qara gölgəsi” hələ də haralardasa qalır. Məsələn, mən Putinə həmişə bir KQB adamı kimi baxıram: biri müəmmalı şəkildə güllələnir, digəri zəhərlənir, üçünsü hətta məhbəs divarları arasında öldürülür! Ona görə də adam hərdən qeyri-ixtiyari, rusların əvəzinə pıçıldamaq istəyir ki: KQB öldü, yaşasın KQB!..
Başağrısı olmasın, o gün bir yerdə oxudum, bəs Flora xanım gileylənir ki, mənim səsim daha uzaqlarda eşidilməli idi! Çox haqlıdır, amma istədim yazam ki, Flora xanım, sizin səsiniz o vaxt çox eşidilə bilməzdi, çünki SSRİ-nin ən böyük MUSİQİ PRODÜSSERİ də elə KQB özü idi! Sovetin dəhşətli və ali qanunu vardı: KQB-nin testindən keçməyən adam heç bir sahədə nəinki böyük, heç ciddi karyeraya da ümid edə bilməzdi... 
Bələdəsə, şəxsən Flora xanıma deyərdim ki, qətiyyən narahat olmasın, kimə lazım idisə onu eşitdi! Bundan sonra çox səslər "batacaq”, amma  Sizin səsiniz qalacaq.
Şükür, qardaşım, bunlar artıq böyük hesabla əksər yerlərdə acı keçmişdir. Sadəcə, Freyd deyirdi ki, "uşaqlıq təcrübəsi” çox şeyi həll edir: təəssüf, hələ də bəzi yelərdə "KQB mentaliteti”nin reliktləri sezilir, bundan dərhal qurtulmaq asan deyil. 
Sadəcə, təsəlli üçün demirəm, amma inan, bizdə indi problem bir o qədər də ciddiliklə müşahidə........

© Qaynar