Günaha batmış dünyada daha niyə yaşayırıq?..
Bəli, sovet vaxtında belə bir mahnı vardı: Buba Kikabidzenin xit mahnılarından biri. Sözləri, deyəsən, Bulat Okucavaya aid idi, ağlayan ziyalı adlandırılan, səhv etmirəmsə, atası gürcü, anası erməni olan yarı-dissident şair-bardın...
Bunu niyə yada saldım? O gün baxıram, keçmiş müxalifətçilərdən biri çağdaş xarici siyasətimizi elə bəyənib ki, az qala hakim partiyanın adamına da danışmağa imkan vermir.
Sözüm yoxdur, özü bilər. Üstəlik, mən də razıyam ki, bəyəniləsi məqamlar çoxdur, amma təəssüf ki, bir istiqamətdə əladır, digər istiqamətdə — Avropa səmtində, məsələn, kafi. Həm də mənim üçün təəccüblü şey yoxdur. Guya keçmişdə bizim siyasi tərəfdaşlar arasında tərif həvəskarları az idi?
Yadıma bir detal da düşür burada. Əbülfəz bəy müsahibələrinin birində demişdi ki, məni türk dünyasının lideri-filanı adlandırmayın, çünki belə şey yoxdur. Kimə deyirsən? Bəzi qəzetlər Əbülfəz bəyə sevgilərini necə bildirirdilər? Onun bir qəzet səhifəsi boyda şəklini verməklə...
Yenə də deyirəm ki, olsun. İnsanlar necə bilirlərsə, bacarırlar, eləcə də sevir, rəğbət bəsləyirlər. Amma bəs indi niyə sevmirlər?
Bəziləri indi başqalarına “vurulublar”. Nə fərqi var? Üslub qalır, adlar dəyişib. Hələ onu demirəm ki, bir vaxt belə bir şey yazmışdım:........
