menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Allah, bu cümlədən hara qaçasan?..

16 0
08.02.2026

Nəinki uzaq-yad adamlar, hətta "yaxınlarımız” ilk fürsətdə bizi sancmağı daim özlərinə borc biliblər, sanki həzz alırlar bundan.

Çox yox, iki-üç ayın söhbətidir. Rayonumuzdaydım. Biri məni görən kimi qayıtdı ki, bəs, xəbərin var, filankəs doktor olub!

 

Dedim ki, Vallah, filankəs akademik olsa da, qəti təəccüblənmərəm, çünki dövran onlarındır və əlavə etdim ki, az qala, Akademiyanı da zarafata çeviriblər, bu gün qəbul edir, sabahsa qovurlar...


Belədəsə, sözü gedən həmin filankəsin, "elmimizin yeni ulduzu”nun qardaşından, on il bir yerdə oxuduğum məktəb yoldaşımdan deyim sizə.

 

Adam on ildə "üç”dən artıq qiymət görmədi. Onu da müəllimlər "tula payı” kimi yazırdılar. Hətta bir fəndən onuncu sinifdə müəllim rüblükdə də, illikdə də "iki” yazmışdı buna, az qala, attestat da ala bilməyəcəkdi.

 

Yaxın qohumu vəzifəlidi, birtəhər düzəltdi. Həm də onda ən küt şagirdə belə "üç” yazırdılar ki, rədd olub attestatını alsın: sinifdə saxlamaq-filan yox idi, çox nadir hallarda olardı, şəxsən xatırlamıram.

 

Qərəz, məktəbi bitirdik, ikinci il eşitdim ki, adam ali məktəbə qəbul olub, özü də texniki institutların birinə! Humanitar ixtisas olsaydı yenə başa düşərdim, fikirləşərdim ki, nəyisə əzbərləyib gedib. Amma riyaziyyatdan, ya fizikadan necə imtahan verdi? İndinin özündə anlaya bilmirəm! Anlamıram təhsilini necə başa vura bildi? Onu da deyim ki, bunlar bir neçə qardaş idi. Hamısının da "intellektual səviyyəsi” eynidi, gəl, həqiqətən də tər töküb oxuyan neçə-nəçə savadlı adamın heç yuxuda görmədikləri vəzifələrdə çalışdılar...

 

Nə isə! Bir-iki il əvvəl xəbər tutdum ki, "məktəb yoldaşı”ma çox böyük vəzifə veriblər, "böyük naçalnik” olub! Doğrusu, buna da təəccüblənmədim, çünki "böyük naçalnik”lərin arasında indiyədək heç olmasa, beş-üç həqiqətən savadlısını görsəydim, bəlkə təəccüblənərdim.

 

 

Bu da məsələnin yalnız bir tərəfidir. İllər öncə bir jurnalist dostum yazısında bir neçə çox........

© Qaynar