ABŞ Gürcüstanı qıraqda qoymamallydı...

Bizimçün həftənin bəlkə də ən böyük hadisəsi ABŞ-ın vitse-prezidenti cənab Cey Di Vensin bölgəyə səfəri oldu: Hamı bundan yazır, bundan danışır, əlbəttə ki, hamı da daha çox tərifləyir.


Bizsə əvvəlcə "qüsur”lardan başlardıq. Zənnimizcə, regiona səfərin ən böyük qüsuru ABŞ-ın Gürcüstanı qıraqda qoymasıdır. Düşünürük ki, düzgün addım deyil, amma güman, təsadüf də deyil, çünki bizə elə gəlir, Gürcüstanda cənab Trampçün "hazır kökə” yoxdur, adam orada "hazıra nazil olmağa” bir şey tapmır: Kremli Ukraynada durdura bilmir (istəyirmi?), Abxaziyanı və Cənubi Osetiyanı necə alsın?.


Bəli, ABŞ-la, hətta Qərblə Gürcüstan arasında indi böyük soyuqluq yaşanır, amma bunun kökündə nələr dayanır, doğrudanmı, problemi çözmək üçün heç bir şans qalamyıb? Axı problem indiki Gürcüstan hakimiyyətindədirsə, bəzi avropalı siyasətçilər özləri etiraf edirdilər "Gürcü Arzusu”nu seçkini udduqlarına görə ittiham edə bilmərik ki!.. 


Həm də hələki heç kim bu ölkədəki seçkilərin qeyri-demokratik keçdiyini və ya onun pozuntularla müşayiət olduğunu təsdiqləyəcək bir fakt qoya bilməyib ortaya! Gücüstanda növbəti "qızılgül inqilabı” da alınmadı axı! Avropalılar indiki gürcü hakimiyyətini Rusiyaya işləməkdə, hətta onun lideri İvanişvilini Kremlin "agenti” olmaqda........

© Qaynar