Xarici siyasət və daxili islahatlar: Prezidentin strateji mesajları
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə məzmun və ton baxımından klassik hesabat xarakterini aşaraq, Azərbaycanın formalaşmaqda olan yeni siyasi mərhələsinin konturlarını açıq şəkildə göstərir. Bu müsahibə bir tərəfdən ötən dövrün yekunlaşdırılmasıdırsa, digər tərəfdən yaxın illər üçün dövlət idarəçiliyində, iqtisadi strategiyada və xarici siyasətdə hansı prioritetlərin əsas götürüləcəyinə dair aydın siyasi manifest rolunu oynayır. Müsahibənin ümumi ruhu göstərir ki, Azərbaycan artıq post-münaqişə dövrünü "adaptasiya mərhələsi” kimi deyil, uzunmüddətli sabit inkişaf mərhələsi kimi qəbul edir. Prezidentin çıxışında tez-tez vurğulanan əsas xətt ondan ibarətdir ki, əldə olunmuş siyasi və hərbi nəticələr özlüyündə məqsəd deyil, yeni idarəetmə keyfiyyəti və iqtisadi səmərəlilik üçün başlanğıc nöqtəsidir. Bu yanaşma Azərbaycanın dövlətçilik........