Azərbaycanın sənaye iqtisadiyyatında yeni hədəflər
Azərbaycan iqtisadiyyatının gələcək inkişafı yeni istehsal sahələrinin yaradılması, təbii sərvətlərin səmərəli işlənməsi və milli sənaye potensialının genişləndirilməsi ilə sıx bağlıdır. Prezident İlham Əliyevin 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı bu istiqamətdə qarşıya qoyulan hədəfləri aydın göstərir. Söhbət təkcə filiz hasilatından deyil, xammalın çıxarılmasından başlayaraq emal və hazır məhsul istehsalınadək uzanan bütöv sənaye zəncirinin yaradılmasından gedir.
Prezidentin “Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir” fikri proqramın strateji mahiyyətini ifadə edir. Qeyri-neft sektorunun genişləndirilməsi, ixracın şaxələndirilməsi və yeni daimi iş yerlərinin yaradılması iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə xidmət edir. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması bu hədəflərin konkret göstəricilərindəndir.
Dövlət başçısının çıxışında proqramların maliyyə təminatı və icra mexanizmləri ilə müşayiət........
