Azərbaycan və Avropa İttifaqı: Enerji, sülh və gələcəyin Strateji Körpüsü

Bakıda baş tutan yüksək səviyyəli görüşlər bir daha göstərdi ki, Azərbaycanla Avropa arasında münasibətlər artıq sadə diplomatik əlaqələr çərçivəsindən çıxaraq genişmiqyaslı strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə iki tərəf arasında münasibətlərin hazırkı vəziyyətini deyil, həm də gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu.


Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq bu gün müxtəlif səviyyələrdə fəal mərhələyə daxil olub. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun dərinləşməsi və iqtisadi əlaqələrin genişlənməsi tərəflər arasında formalaşan etimadın bariz göstəricisidir. Xüsusilə ticarət göstəriciləri bu dinamikanın real iqtisadi təzahürüdür. Cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə bağlı olması Aİ-nin ölkəmiz üçün əsas ticarət tərəfdaşı statusunu bir daha təsdiqləyir. Bu fakt yalnız statistik göstərici deyil, həm də Azərbaycan iqtisadiyyatının Avropa bazarı ilə sıx inteqrasiyasının göstəricisidir.


Bu tərəfdaşlığın ən mühüm sütunlarından biri enerji əməkdaşlığıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol son illərdə daha da artıb. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Həmin vaxtdan etibarən Azərbaycan qazının Avropaya ixracı həm həcminə, həm də coğrafiyasına görə genişlənib. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və........

© Qaynar