Azərbaycan idmanının uğurlu inkişaf modeli

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycan idmanının son illərdə keçdiyi böyük inkişaf yolunun, əldə edilən tarixi nailiyyətlərin və gələcək perspektivlərin hərtərəfli təqdimatı kimi yadda qaldı. Dövlət başçısının səsləndirdiyi faktlar və strateji mesajlar bir daha təsdiqlədi ki, idmanın inkişafı Azərbaycanda təsadüfi deyil, düşünülmüş və ardıcıl dövlət siyasətinin nəticəsidir.
Prezident çıxışında qeyd etdi ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda rekord nəticələr əldə etmişlər. İl ərzində 2000-dən çox medalın, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması ölkə idman tarixində mühüm göstəricidir. Bu nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, məşqçilərin əzmkarlığının və dövlətin idmana göstərdiyi hərtərəfli qayğının bariz təzahürüdür. Medalların sayının ildən-ilə artması aparılan siyasətin düzgünlüyünü bir daha sübut edir.
Dövlət başçısı vurğuladı ki, idmanın inkişafı Azərbaycanda prioritet dövlət siyasətidir. Son illər ərzində ölkədə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuş və bu gün ən yüksək beynəlxalq standartlara cavab verir. Regionlarda idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılmışdır. 2025-ci ildə........

© Qaynar