Böyük Britaniyanın Cənubi Qafqaz hesabı |
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etBaşlıqlar▼
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Sənəddə əhatə olunan müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya və texnoloji əməkdaşlıq istiqamətləri göstərir ki, London Bakı ilə münasibətlərini ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxararaq daha geniş geosiyasi və iqtisadi müstəviyə daşımaq niyyətindədir. Bu qərarın arxasında yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Cənubi Qafqazın dəyişən strateji əhəmiyyəti və Azərbaycanın regional mövqeyi dayanır.
Londonun Bakı ilə yaxınlaşmasının geosiyasi səbəbləri
Siyasi müşahidəçiləri bir sual düşündürür: Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq qurur, yoxsa dəyişən dünya düzənində özünə yeni dayaq axtarır? Əslində, bu iki məqsəd bir-birini istisna etmir. Beynəlxalq siyasətdə tərəfdaşlıq dövlətlərin qarşılıqlı maraqlarının kəsişdiyi nöqtədə yaranır. Londonun Bakı ilə münasibətlərini yeni səviyyəyə qaldırması da məhz belə bir kəsişmənin nəticəsidir.
Böyük Britaniya üçün Azərbaycan yalnız enerji resursları ilə zəngin ölkə deyil. Azərbaycan Xəzər hövzəsi ilə Avropa arasında mühüm geosiyasi mövqeyə malikdir. Orta Dəhlizin əhəmiyyətinin artması ölkəmizin nəqliyyat, logistika və beynəlxalq ticarət sistemindəki çəkisini də artırır. Qlobal ticarət marşrutlarının, enerji təhlükəsizliyinin və təchizat zəncirlərinin yenidən qiymətləndirildiyi bir dövrdə bu coğrafiyaya maraq göstərmək London üçün strateji əhəmiyyət........