Astana Bakıya qarşı hansı plana qoşulur? - Tokayevin İrəvana səfərinin şifrələri

Tokayevin İrəvana səfəri Bakıya qarşı müəyyən nüanslara yadda qaldı. Qazaxıstan prezidenti öncə Azərbaycana gəlməklə və azad edilmiş əraziləri ziyarət etməklə Ermənistan səfərini balanslaşdırmışdı. Və hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması o qədər də təhlükəli qarşılanmamalıdır, əksinə, Astana Tokayevin də dediyi kimi, Bakı-İrəvan danışıqlarında platforma rolunu oynaya, Ermənistanı regionda sülhə inandıra bilər.


Astana və İrəvanın "qardaşlaşması” da qarşılıqlı maraqlardan irəli gəlir:


- Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Mərkəzi Asiyada oyunçu olmağa çalışan Qazaxıstan Ermənistanı Cənubi Qafqazda iştirakının artırılması vasitələrindən biri kimi görür;

- Moskvadan uzaqlaşmağa çalışan Ermənistan da Rusiya qarşısında təklənməmək üçün Qazaxıstanla yaxınlaşmaq istəyir;


Məsələyə bu aspektdən baxmaq olardı, lakin gerçək hədəflər fonunda Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir.


Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus "sülhün........

© Qaynar