menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rza Cəfərovun "Neftçi"dən qurtulması

19 0
28.01.2026

Gənc qapıçı Rza Cəfərov nəhayət ki, "Neftçi”dən canını qurtardı. Mövsümün əvvəlindən bəri nə Samir Abasov, nə də Yuri Vernidub adama oynamaq, özünü göstərmək üçün bircə dəqiqə də olsun şans vermədi. Əsasən də Samir Abasov Rzaya qarşı haqsızlıq etdi, "Kəpəz” və MOİK kimi güclü sayılmayan rəqiblərlə oyunlarda belə "çərçivə”ni ona tapşırmadı. Belə çıxır ki, Cəfərova "Neftçi”nin qapısı etibar ediləcək qapıçı deyilmiş. 


Rəhbərlik də bu acınacaqlı vəziyyəti müşahidə etməklə kifayətləndi. Halbuki, Rza Cəfərov "Neftçi”nin öz yetirməsi idi. Klub yetirməsinin üstündə əsməli, onu qorumalı və daha da püxtələşməsinə yardımçı olmalıydı. Özü də Rza Cəfərov buna layiq olduğunu sübut etmişdi. Gənc qapıçı xorvatiyalı "çərçivə” qoruyucusu İvan Brkiçlə rəqabətdən qalib........

© Qaynar