Qorxan gözə çöpün düşməsi
"Hansı duyğularla iki saat sən, dolandın başına anamız yerin?” (Bəxtiyar Vahabzadə)
Rəhmətlik şairimiz Bəxtiyar Vahabzadə kosmosa uçmağı ilk dəfə bacaran Yuri Qaqarinə "İki saat” adalanan şeir həsr etmişdi. Bu misralar da həmin sənət əsərindəndir. Şairimiz Qaqarinin Yer kürəsinin başına dolandığını müddəti nəzərdə tutub, keçirdiyi hissləri çək-çevir edir. Sözsüz ki, bütün bədii əsərlərdə olduğu kimi, burda da əsas məqsəd həmin suallara cavab almaq yox, Qaqarinin kosmosa uçmasının möhtəşəmliyini əks etdirməkdir.
Azərbaycan millisi San Marino yığması ilə görüşə ciddi hazırlaşmışdı. Lap ölüm-dirim oyunu kimi. AFFA xeyli xərc çəkmiş, çarter reysi ilə bir təyyarə adam səfərə çıxmışdı. Özü də bu səfər təxminən 10 gün davam etmişdi. İlin-günün bu vaxtında bu qədər xərc çəkmək hansısa beynəlxalq turnirdə çıxış etmək, yaxud........
