Naxçıvana həsrət "Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev istefaya göndərilib. Şəxsən mənim üçün Elmar bəyin klubdan ayrılması gözlənilməz olmadı. Hələ aylar öncə söz-söhbət gəzirdi. Zaur Axundovun Baxşıyevi yola salmağa qərar verdiyi, ayrılığın an məsələsi olduğu barədə xəbərlər eşidirdik. Zaur Axundovun rəsmi şəkildə "Araz Naxçıvan”la bağlılığı yoxdur. Amma hamı yaxşı bilir ki, Naxçıvan Futbol Federasiyasına rəhbərlik edən Axundov klubun da faktiki sahibidir. Adam özü ötən mövsümün startında verdiyi müsahibəsində bildirmişdi ki, Elmar Baxşıyevə vaxt qoyub, təyin edilən müddətdə lazımı qədər xal toplanmasa, baş məşqçini istefaya göndərəcək. Zaur bəyin bunu bilərəkdən edib-etmədiyini dəqiq bilmirik. Lakin bu cür davranmaqla adam həm özünü ifşa etmiş, həm də "Araz Naxçıvan”ın bir peşəkar klub kimi imicini yerlə bir etmişdi. Sözün düzü, mən hələ həmin vaxt Elmar Baxşıyevin bu cür münasibətə qarşı çıxacağını, Axundovdan belə ehtiyatsız ifadələr işlətməməyi tələb edəcəyini........