"Qarabağ"a şou lazımdır, yoxsa sabitlik?!
“Qarabağ” bu mövsüm avrokubokların Liqa mərhələsində olmayacaq. Dünən gecə “Tvente”dən alınan məğlubiyyətdən sonra bu acı həqiqəti qəbul etməli olduq. Məğlubiyyətin səbəbləri haqda uzun-uzadı danışmaq, yazmaq olar. Ağzı olanın danışdığı, telefonu olanın “status-şərh” yazıb, “Qarabağ”ı qınadığı məmləkətdə bundan asan heç nə yoxdur. Ona görə də mən bu işlə məşğul olmağa çox da həvəsli deyiləm.
Olanlar keçmişdə qaldı, onu araşdırmaq səhvlərdən nəticə çıxarıb, onları bir daha təkrarlamamaq baxımından vacibdir. Amma keçmişin üzərində çox da dayanmaq, günahkar axtarışına çıxmaq indiki məqamda çox da fayda gətirməyəcək. Dünən axşam üzücü məğlubiyyətdən sonra Qurban Qurbanov da harda səhvə yol verdiklərini etiraf etdi. Xüsusən də transferlərin gecikməsi məsələsində Qurban bəylə........
