menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Fənərbaxça"nı Bakıya gətirmək arzusu

26 0
04.10.2026

“Qonaq qəbul eləmək sizin üçün pambıq yığmaq deyil. Bu çox ciddi bir məsələdir. Qonaq üçün süfrə açarlar, süfrə! Yoxsa o tarla sənin, bu tarla mənim... Kabab, plov, qırqovul” (“Görüş” filmindən).

Deyəsən, “Fənərbaxça”nı Bakıya qonaq çağıran “Turan Tovuz”in idarəçiləri bu səfərin təşklinə məhz “Görüş” filmindəki nöqteyi-nəzərdən yanaşıblar. Əks halda adicə bir yoxlama görüşünün təşkilatçılığında bu qədər problem yaşanmazdı. Hava limanında qarşılaşnan qonaqlar Bakıdakı dəbdəbəli restoranların birində şam yeməyinə aparılıb. Masaların üzərinə milli və Avropa mətbəxindən təamlar doldurulub, futbolçuların qarşısında rəqqasələr və incəsənət adamları çıxış edib.

Bura qədər hər şey əla, mükəmməl. “Görüş” filmindəki Şıxəli demişkən, qonağa süfrə açıblar. Amma bu süfrənin təşklinə o qədər diqqət və zaman ayrılıb ki, beynəlxalq səviyyəli yoldaşlıq görüşünün peşəkar şəkildə təşkili üçün zəruri addımlar atılması unudulub. Düzdür, hər bir işdə qüsur........

© Qaynar