Yengə-robot
Amerikalı fantast yazıçı var, Ayzek Azimov. Mən balaca vaxtı elə bilirdim bu kişi əslən azərbaycanlıdır. Təxminən Lütfi Zadə kimi, haçansa gedib çıxıb Amerikaya. Hətta qonşumuz və qahımlarımızdan biri Əzim kişinin ara-bərədə fantast əsərlər yazdığını zənn edirdim. Böyüdüm, gördüm, boş şeydir, Ayzek Əzimov yəhudi balası imiş.
Uzun sözün qısası, həmin Ayzek müəllim 1942-ci ildə “Mən, Robot” adlı çox məşhur romanını yazıb və orada romanın özündən də məşhur “Robot texnikasının 3 qanunu” deyilən anlayışı yaradıb. Onun ideyasına görə, gələcəkdə yaradılan bütün robotların əsasında, mayasında, beyninin içində bu 3 qanun əksini tapmalıymış: “1 – Robot insanı incidə, ona hər hansı zərər vura bilməz, insanın incidilməsinə də laqeyd qalmamalıdır; 2 – Birinci qanuna zidd olmayan bütün hallarda robot insanın əmrlərini yerinə yetirməlidir; 3 – Birinci və ikinci qanunu pozmadan robot özünü də qorumalıdır”.
70-80 il bəşəriyyət Ayzek müəllimin bu yastığını başının altına qoyub rahat yatdı. Doğrudan da, ötən........
