Yanıq oyunları |
Azərbaycanda uşaq doğumu ildən-ilə aşağı düşür, yəqin bundan xəbəriniz vardır. Rəqəmləri sadalamağa ehtiyac yoxdur. Artıq hökumət çoxlu bölgə məktəblərini şagird azlığı üzündən bağlamaqdadır.
Əlbəttə, iqtisadi vəziyyət gələcək üçün hansısa ümid vermirsə, uşaq pulu yoxdursa, uşağa dövlət qayğısı sıfıra yaxındırsa, belə yerdən artım gözləmək mənasızdır.
Qida Təhlükəsizliyi Agentliyi (QTA) 360 orta məktəbimizdə bufetlərin vəziyyətini araşdırıb, onlardan 263-ü yararsız çıxıb. Təxminən üçdə ikisi. Sanitar vəziyyətin pisliyi, xarab soyuducular, vaxtı keçmiş ərzaqlar, uşağa verilməsi uyğun olmayan məhsullar və sairə - qüsurların qısa siyahısı budur.
Orda bəzi məktəb bufetlərindən fotolar vardı, sözlü şərh edilməsə Qəzza zolağında bomba altından çıxmış bina zənn edərdin. Ya da, nə bilim, hansısa Uqanda türməsindən fotoreportaj. Özü də monitorinq təkcə ucqar........