Yada düşən U Tan
Öncə bildirim ki, müəyyən peşə sahibləri var, onların vətənpərvərliyi nəyəsə görə başqalarından yüksək olur. Qarpızsatan peşəsi də bunlardan biridir. Hər bir qarpızsatan öz ərazisinə vətənin müqəddəs parçası kimi baxır, onu göz bəbəyi kimi qoruyur. Məsələn, bir tanış var, deyir Bakıda məhəllədə sevdiyi qızla görüşə gedərkən hər dəfə itin zülümünü çəkirmiş, qarpızsatan əlindəki bıçağı yellədərək ondan “buralarda sənin nə itin azıb” deyə sorğu-sual edərmiş. Yəni, məhəllənin qeyrətini, namusunu qoruyurmuş.
Ona görə də qarpızsatanla deputatın davasının müsbət nəticələnməyini alqışlayıram. Yəqin məlumatınız vardır, bu haqda bütün dünya mediası yazmışdı, Bakıda deputat qarpızsatanı obyektindən qovmuşdu. Guya satıcı onu bıçaqla hədələyibmiş. Sonra satıcı 50 manat cərimə edildi və ən son məlumata görə iş yerinə bərpa olunmuşdur. Hərçənd, qarpız sezonu bitmək üzrədir, onsuz bir azdan Payız həzrətləri özü şəxsən obyekti bağlayacaqdır.
Burada işin qeyri-adiliyi isə deputatın partiyasının adı ilə bağlıdır: Vətəndaş Həmrəyliyi! Buyur. Əgər sən 1 qarpızsatanla həmrəy olmaqda çətinlik çəkərsənsə, qalan vətəndaşlarımızla necə........
